azia.az
azia.az

“Space” televiziyasının işçiləri 5 aydır maaşlarını ala bilmir – Televiziya günündə biabırçılıq

15-02-2019, 09:28

“Space” televiziyasının işçiləri 5 aydır maaşlarını ala bilmir – Televiziya günündə biabırçılıq

AzİA.AZ -A VERİLƏN MƏLUMATA GÖRƏ “Space” televiziyasının işçiləri maaşlarını ala bilmədiklərinə görə bütün çəkilişləri dayandırıblar. Onlar Dövlət Əmək Müfəttişliyinə gedəcəklərini bildiriblər.

Bizimyol.info internet qəzeti xəbər verir ki, bu gün 14 Fevral televiziya işçilərinin bayramı günündə “Space” televiziyasının işçiləri Dövlət Əmək Müfəttişliyinə getmək barədə razılığa gəliblər. Onlar aylardır ala bilmədikləri maaşlarını televiziyanın bayramı günüdə almaq istəsə də, kanalın rəhbəri Vaqif Mustafayev onları qəbul etməyib və onlara gözləməyi, yaxın vaxtlarda maaşlarının bir hissəsinin veriləcəyini deyib. Lakin aylardır yalan vədlərə inanmayan işçilər bu dəfə kanal prezidentinə günün sonuna kimi maaşlarının verilmədiyi təqdirdə onu əmək müvəttişliyinə şikayət edəcəklərini bildirib. Hazırda kanalın işçiləri bütün çəkilişləri dayandırıblar.
Saytımıza məlumat verən kanal işçisi bildirb ki, axırıncı dəfə sentyabr ayında maaş alıblar.
“Biz maaşlarımızı tələb edirik. Bu gün televiziya işçilərinin bayramı günüdür. Axırıncı dəfə maaşlarımızı sentyabr ayında almışıq. Belə biabırçılıq olmaz. Biz bu bayram günündə ailəmizə nə deyək.? Kanal rəhbərliyi isə pul yoxluğunu hiss etmir…Bu necə olur. Əgər maaşlarımız bu gün verilməsə, biz Dövlət Əmək Müfəttişliyinin qarşısında toplaşacayıq. Fikirlərimizi, şikayətimizi bildirəcəyik.”

Deyilənlər haqda açıqlama almaq istəsək də nə kanalın prezidenti Vaqif Mustafayev, nə də vitse prezident Kamil Şahverdiyev telefonlarımıza cavab vermədi.

Qeyd edək ki, bu “Space” televiziyasının rəhbərliyi haqda ilk şikayət deyil, kanal işçiləri neçə müddətdir maaşlarını ala bilmədiklərini, kanalın idarəçiliyində problemlərin olduğunu, ayrı seçkiliyin olduğunu, kanalın günü-gündən məhv olduğunu bildiriblər.

AYBƏNİZ ABDULOVA


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi