azia.az
azia.az

Bakıda yenilik: avtomobilin yuyulması cəmi 50 qəpik

1-02-2019, 16:26

Bakıda yenilik: avtomobilin yuyulması cəmi 50 qəpik
Bakıda avtomobilin yuyulması üçün yeni sistem işə salınıb.

“Azia.az”-ın xəbərinə görə, Azərbaycana gətirilən bu sistem vasitəsilə artıq avtomobili yumaq üçün 5-6 manat deyil, cəmi 50 qəpik və ya 1 manat ödəməklə avtomobilinizi yuya bilərsiniz.

Bəli, burada avtomobilinizi məhz özünüz yuyursunuz. Özü də cəmi 50 qəpik ödəməklə. Ancaq istəsəniz, əlavə 50 qəpik də ödəməklə maşınınıza şampun da vura bilərsiniz.

Bir çox ölkələrdə tətbiq edilən müasir avtoyuma sistemini indi Bakı küçələrində də görmək mümkündür.

Avtomobil tam dərmanlandıqdan sonra növbə su ilə yumağa gəlir.

Burada nəzarətçi yoxdur. 24 saat xidmət göstərən bu avtoyuma məntəqəsinə nəzarət kameralar vasitəsi ilə həyata keçirilir.

Hazırda Bakıda bu sistemlə işləyən 8 avtoyuma məntəqəsi fəaliyyət göstərir. Gələcəkdə onların sayının artırılması planlaşdırılır.
Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi