azia.az
azia.az

Deputat qalmaqallı statusundan danışdı: “Sürücüm edib...”

26-10-2021, 12:25

Deputat qalmaqallı statusundan danışdı: “Sürücüm edib...”
"Bazar günü Özbəkistanda keçirilmiş prezident seçkiləri kifayət qədər şəffaf yekunlaşdı. Azərbaycanlı müşahidəçilər olaraq, təxmini 20-25 seçki məntəqəsində seçkiləri müşahidə etdik”.

Bu sözləri Azia.az-a oktyabrın 25-də Özbəkistanda keçirilmiş prezident seçkilərini müşahidə etmiş deputat Cavanşir Paşazadə deyib.
Deputat bildirib ki, hava durumunun da əlverişli olması nəticəsində özbəklər prezident seçmək üçün səsverməyə həvəslə qatılıblar.

Cavanşir Paşazadə ötən gündən etibarən mətbuatda haqqında paylaşılan məlumatlara da cavab verib:

"Mən başa düşmürəm ki, niyə bəzi insanlar hər şeydə neqativ axtarırlar, fürsətdən istifadə edib, dərhal tənqidə əl atırlar. Mənim telefonumda seçki ilə bağlı şəkillər var idi. Müşahidəylə məşğul olduğum üçün sürücüm şəkilləri sosial şəbəkə səhifəmdə yerləşdirirdi. Paylaşımdakı orfoqrafik səhvlərə də o zaman yol verilib.

Mən bir deputat olaraq, həmişə işimin başında, seçicilərimin yanında, görüşlərdəyəm. Təəssüf ki, bəzi insanlar gördüyümüz işlərə kölgə salmağa çalışırlar. Lakin inanıram ki, yaxşı işlərə mane ola bilməzlər.

Mən hər zaman dövlətimə, xalqıma sadiq olmuşam. Hesab edirəm ki, fürsətdən bi cür istifadə edənlər mənim fəaliyyətimə kölgə sala bilməyəcəklər”.

Qeyd edək ki, Cavanşir Paşazadənin Facebook hesabında Özbəkistandakı seçkilərlə bağlı ötən gün yerləşdirilən paylaşımı tənqid olunub.
Deputatın paylaşımında orfoqrafik səhvlərə yol verilməsi qısa müddətdə müzakirələrə səbəb olub.

Nəticədə C.Paşazadə sözügedən paylaşımı silib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi