azia.az
azia.az

Komitə sədri: "Dünyada multikulturalizmin alternativi yoxdur”

9-02-2016, 18:19

Komitə sədri: "Dünyada multikulturalizmin alternativi yoxdur” Qurumlarla İş üzrə Dövlət Komitəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Qış məktəbi"nin tələbələri ilə görüş keçirilib.
Komitənin sədri Mübariz Qurbanlı bildirib ki, görüşdə müxtəlif ölkələrdən nümayəndələr, tələbələr və elm xadimləri iştirak edir: “Əminəm ki, onlar Azərbaycan haqqında kifayət qədər məlumat əldə ediblər. Sevinirəm ki, iştirakçılar Azərbaycan haqqında məlumatla artıq əyani olaraq tanış olurlar. Multikulturalizm Mərkəzinə təşəkkür edirəm ki, bu cür məktəb təşkil edib. Dünyada multikulturalizmin alternativi yoxdur”.
M. Qurbanlı əlavə edib ki, dünyanın 30 ölkəsində milli və etnik zəmində münaqişələrdə insanlar ölür: “On beş il ərzində bu müharibələrdə ölənlərin sayı 2,5 milyona çatıb. Bu münaqişələr zamanı ən azı 50 milyon insan yaşadığı yerdən qaçmağa məcbur olub. Ermənistanın Azərbaycana qarşı apardığı müharibə nəticəsində 1 milyon Azərbaycan vətəndaşı yurd-yuvasından didərgin düşüb. BMT 10 aparıcı problem müəyyənləşdirib. Bunların həlli üçün bəşəriyyətin dil tapması və onu həll etməsi lazımdır. Bunu həll etməyin yolu dinlərarası dialoq və multikulturalizmdir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi