azia.az
azia.az

Azərbaycanda 2 həftəlik ən sərt qadağa gəlir,30 dekabr... - AÇIQLAMA

30-12-2020, 12:07

Azərbaycanda 2 həftəlik ən sərt qadağa gəlir,30 dekabr... - AÇIQLAMA

Son günlərin yoluxma sayı və ölənlərin statistikasi ürək açan deyil.

Belə ki, günlük yoluxmaların sayı çox, ölənlərin sayı isə 40-dan çox olur.

Azia.az xəbər verir ki, bir çox mütəxəssislər yoluxmaların artma səbəbini avtobuslardakı sıxlıqla əlaqələndirirlər.

Bir neçə gün öncə keçirilən Operativ Qərargahın brifinqində 2 həftəlik sərtləşmələrin olacağı ilə bağlı xəbərdarlıq edildi. Gələn həftə sərtləşmə olarsa, avtobusların fəaliyyətinə 2 həftə məhdudiyyət qoyula bilərmi?

"Düşünürəm ki, qoyulmalıdır. Əgər təcili tədbirlər görülməsə, gündəlik yoluxma 5000-ni keçə bilər. Bu gün əsas yoluxma mənbəyi ictimai nəqliyyatdakı sıxlıqdır.

İnsanlarımız avtobuslarda maskadan düzgün istifadə etmir. Avtobusa minən kimi maskanı çənəyə endirirlər. İnsanlarımız anlamalıdır ki, yoluxmaların sayının kəskin artması xəstəxanalarda yer və dərman çatışmazlığına gətirib çıxara bilər.

Hesab edirəm ki, apreldəki karantin rejiminə qayıtmalıyıq. Aptek və marketlərdən başqa digər iaşə obyektlərinin fəaliyyətinə 2 həftəlik də olsa məhdudiyyət qoyulmalıdır. Ən önəmlisi isə maskaların istifadəsinə nəzarət gücləndirilməldir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi