azia.az
azia.az

Sergey Markov: “Sülh danışıqları nəticə verməsə, Azərbaycan müharibə yolunu seçə bilər”

29-05-2019, 16:24


Azia.az təqdim edir: “Azərbaycanın 20 faiz torpağı işğal olunub. Azərbaycanın 1 milyondan artıq qaçqın və məcburi köçkünü var. Müharibənin dayandırılması üçün 1994-cü ildə atəşkəs elan edilib”.
Sergey Markov: “Sülh danışıqları nəticə verməsə, Azərbaycan müharibə yolunu seçə bilər”
Virtualaz.org bildirir ki, bunu Bakıda keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

Onun sözlərinə görə, Ermənistan Qarabağdan əlavə 7 rayona da nəzarəti həyata keçirir: “Azərbaycanlılar o ərazilərdən çıxarılıb. Bundan əlavə, qeyd etməliyəm ki, 1992-ci ildə Xocalıda faciə baş verib, yüzlərlə insan həyatını itirib. Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar qətnəmalər qəbul ediblər. Həmin sənədlərdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu qeyd olunub”.

İnstitut direktoru vurğulayıb ki, münaqişənin həlli ilə bağlı ölkələr arasında danışıqlar aparılır: “Bunun üçün ATƏT-in Minsk qrupu yaradılıb. Bu istiqamətdə danışıqlar davam etdirilir”.

S.Markov, həmçinin qeyd edib ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən artıqdır: "Bu, o deməkdir ki, Azərbaycan Ordusu müharibəyə hazırdır. Yəni sülh danışıqları nəticə vermədikdə, Azərbaycan müharibə yolunu seçə bilər".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi