azia.az
azia.az

" Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdən iddiaların heç bir əsası yoxdur"

14-05-2019, 07:07


Yeni Azərbaycan Partiyası ( YAP ) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov : " Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdən iddiaların heç bir əsası yoxdur"
" Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi güdən iddiaların heç bir əsası yoxdur" Son 16 il ərzində böyük inkişaf yolu keçən Azərbaycan bir çox sahələrdə mühüm uğurlara imza atmışdır. Bu fakt da, təbii ki, dünya ictimaiyyətinin diqqətindən kənarda qalmamışdır. Bunun nəticəsidir ki, ölkəmiz olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edir. Belə tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi isə təsadüfi deyil, bu, əlbəttə, Azərbaycanın qazandığı mövqeyinin, ölkəmizin beynəlxalq çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı reputasiyanın ifadəsidir. Ölkə başçısının da əsas məqsədi odur ki, Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olsun. Bunun üçün də potensialımız var, ən böyük gücümüz isə ictimai-siyasi sabitliyin və dinamik inkişaf tempinin qorunub - saxlanılmasındadır. Bütün bunlar nəticə etibarı ilə Azərbaycanı dünya üçün cəlbedici edir. Odur ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər heç də təsadüfi deyil. Beynəlxalq tədbirlərin keçirilməsi isə mürəkkəb bir mexanizmə malikdir. Təşkilatçılıq, təhlükəsizlik, iqtisadi və kommunikasiya imkanları hər zaman həlledici rol oynayır. Unutmaq olmaz ki, beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən bu məqamlara mütləq fikir verirlər. Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında aparıcı yerlərdən birini tutur. Məhz elə bu səbəbdəndir ki, son illərdə Azərbaycanda beynəlxalq təşkilatların yüzlərlə siyasi, iqtisadi və idman tədbirləri keçirilmişdir. Bu tədbirlərin Azərbaycanda keçirilməsi, bütün sahələrdə ölkəmizə böyük nüfuz qazandırır. Azərbaycan tolerant ölkədir və dünyada əhəmiyyətli rola malikdir. Ölkəmiz indiyədək bir çox mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyi edib və bundan sonra da edəcək. Bu, Azərbaycanın dünya birliyinə verdiyi önəmin bir nümunəsidir. Azərbaycan dünya, beynəlxalq aləm üçün nə qədər əhəmiyyət kəsb etdiyini bu tədbirlərlə, apardığı siyasətlə təsdiq edib. Ölkəmizin bu gün dünyada etibarlı tərəfdaş kimi tanınması, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması belə tədbirlərə evsahibliyi etməsi imkanlarını artırır və bir çox hallarda digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur. Bu baxımdan beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur.
Artıq Azərbaycanda keçirilən Avropa, Dünya çempionatları silsilə xarakteri daşıyır. 2010-cu ildən bu yana müxtəlif beynəlxalq turnirlərin - bədii gimnastika, qılıncoynatma, taekvondo, güləş, boks, karate, avarçəkmə, FİFA U-17 Qadınlararası Dünya çempionatı, “Baku World Challenge” avtomobil yarışı və Olimpiya növlərinə daxil olan digər beynəlxalq idman tədbirləri, o cümlədən Dünya və Avropa çempionatlarının təşkili, 2015-ci ildə I Avropa Oyunları, 2017 - ci ildə İslam Həmrəylik Oyunları, Formula-1 yarışları ölkəmizə böyük imic qazandırmışdır. Təbii ki bu yarışların Bakıya həvalə edilməsinə böyük etimad, Azərbaycana olan inamdan doğmuşdur. Belə olan təqdirdə isə ölkəmizin dinamik inkişafını, müstəqil və prinsipial siyasət həyata keçirməsini, milli maraqlarını qorumasını həzm edə bilməyən müəyyən qərəzli mərkəzlər də ortaya çıxır. Bunlar isə ölkəmizə qarşı hələ də ikili standartlardan çıxış edən dairələrdir. Azərbaycanın bugünkü inkişafından narahat olan qüvvələr hər dəfə ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdən bir fürsət kimi istifadə edərək öz məkrli planlarını həyata keçirməyə çalışırlar. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, bu gün Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, lakin sözümüzün çəkisi böyükdür, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının da başlıca səbəbi odur ki, biz müstəqil siyasət yürüdürük. Sözün həqiqi mənasında, ölkəmizin çəkisini, rolunu dünya siyasətində hər bir dövlət görür, qiymətləndirir, ölkəmizi dünya siyasətində etibarlı tərəfdaş kimi dəyərləndirir. Bu dəfə də mayın 29-da Bakıda UEFA Avropa çempionatının finalının keçirilməsi ətrafında Azərbaycan əleyhinə çirkin təbliğat, yəni qarayaxma kampaniyası aparılaraq beynəlxalq ictimaiyyətdə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə yanlış ictimai rəy formalaşdırmağa çalışırlar. Lakin anlamırlar ki, bu cür şər və böhtan kampaniyası Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışına təsir göstərmək gücündə deyil. Çünki anti-Azərbaycan dairələrinin irəli sürdüyü iddialar tamamilə əsassızdır, Azərbaycan insan hüquqlarını ən yüksək səviyyədə təmin edən ölkədir və milliyətindən, dinindən və dilindən asılı olmuyaraq indiyə kimi ölkəmizdə keçirilən yarışlarda iştirak edən hansısa bir idmançı ilə bağlı problem yaşanmayıb. İlk dəfə deyil ki, erməni oyunçu bizim ölkədə iştirak edir. Bu dəfələrlə olmuşdur və onların təhlükəsizliyi təmin edilmiş, hətta mükafatları ölkə rəhbəri tərəfindən onlara təqdim edilmişdir. Buna görə də növbəti dəfə belə bir əsassız fikirlərin səsləndirilməsinin heç bir əhəmiyyəti yoxdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi