azia.az
azia.az

Həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov dövlətə 2 milyon manat da ödədi –Qalan borcu 2 milyondur

19-06-2017, 18:24

Həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov dövlətə 2 milyon manat da ödədi –Qalan borcu 2 milyondur


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu ziyanın daha bir hissəsini ödəyib.

Bu barədə APA-ya V. Zeynalovun vəkili Elxan Süleymanlı deyib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin ailəsi yaşadığı mənzili satılıb və dövlətə 2 milyon 200 min manat ödəniş edilib. V. Zeynalovun qalan borcu 2 milyondur.

Qeyd edək ki, bir neçə gün əvvəl V. Zeynalov vurulan ziyanla bağlı 2 milyon manat ödəyib. Bundan əlavə, "Rabitə işi" üzrə təqsirləndirilən şəxslərdən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühasibi olmuş Anar Mustafayevin dəymiş ziyanı tam ödədiyi bildirilir.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sədri olmuş Beytulla Hüseynov da dövlətə vurduğu 10 milyon manat məbləğində ziyanı ödəyib.

Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən V. Zeynalovun 14 il, B. Hüseynovun 15 il, A. Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini, Cəlil Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oktay Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi