azia.az
azia.az

Rusiya müdafiə naziri Bakıya gəldi

15-08-2016, 14:37

Rusiya müdafiə naziri Bakıya gəldi
İki ölkə arasında intensivləşən səfərlərin arxasında nə dayanır?
Prezident İlham Əliyev avqustun 14-də Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunu qəbul edib.

Bizimyol.info prezindetin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı Rusiya prezidenti Vladimir Putinin Azərbaycana son səfərinin uğurla keçdiyini vurğulayaraq səfər zamanı Azərbaycan və Rusiya prezidentlərinin görüşündə əlaqələrimizin geniş spektrini əhatə edən sahələrlə bağlı müzakirələr aparıldığını, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığın uğurla reallaşdığını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, iki ölkənin dövlət başçılarının görüşü zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olması əlaqələrimizin müxtəlif sahələrini əhatə edən məsələlərin, həmçinin regional təhlükəsizlik məsələlərinin həllinə imkan verəcəyi bildirilib.

Sergey Şoyqu Vladimir Putinin Azərbaycana səfər zamanı prezident İlham Əliyevlə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin, o cümlədən hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğulayıb.

Qeyd edək ki, S.Şoyqunun Azərbaycanın müdafiə naziri Zakir Həsənovla dü müzakirələr aparacağı nəzrdə tutulub. Onu da xatırladaq ki, Rusiya prezidenti V.Putinin Azərbaycana səfərindən dərhal sonra müdafiə naziri Zakir Həsənov Moskvaya təcili səfər edib və Sergey Şoyqu ilə danışıqlar aparıb.
Bundan əvvəl Rusiya prezidenti Moskvada erməni həmkarı Serj Sarkisyanı qəbul etdikdən sonra keçirdiyi mətbuat konfransında Azərbaycanın bu ölkədən silah-sursat alması ilə bağlı erməni jurnalistin suallarına belə cavab vermişdi: “Azərbaycan inkişaf edən, kifayət qədər qızıl-valyuta ehtiyatı olan ölkədir. Ona görə istədiyi yerdən silah ala bilər”.

Ekspertlərin qiymətləndirməsinə görə V.Putinin səfərindən sonra intensivləşən qarşılıqlı səfərlər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi ilə bağlıdır. Görünür, Azərbaycanın Rusiydan daha müasir hərbi texnika və atıcı silahlar alması ilə bağlı razılaşma var.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi