azia.az
azia.az

"Qarabağ "minalanmış" sahədir, biz bunu keçən il gördük, ehtiyatlı olmalıyıq" - Paşinyan

3-10-2021, 21:56


Qarabağ ermənilərinin hüquqlarının qorunması İrəvanın prioritetidir.
"Qarabağ "minalanmış" sahədir, biz bunu keçən il gördük, ehtiyatlı olmalıyıq" - Paşinyan
Erməni mediasına istinadla xəbər verilir ki, bunu Ermənistanın baş naziri Litvanın erməni icmasının nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, Ermənistanın suverenliyi, ərazi bütövlüyü, Qarabağ ermənilərinin hüquqlarının qorunması, o cümlədən “öz müqəddəratını təyin etmək hüququ” İrəvanın prioritetidir.

“Ancaq bilməliyik ki, çox diqqətli və ehtiyatlı olmağımız lazım olan “mina tarlası”ndan keçirik. Bu sahə həmişə “minalanmış” olub, ayrı bir məqam isə “minaların konsentrasiyası”nın artmasıdır və biz bunu keçən payızda gördük”.

Paşinyan hesab edir ki, problemlərin həlli üçün çox səy tələb olunur və bunun zirvəsi dinc və sülh şəraitinidə inkişaf dövrü olacaq.

Xuraman Etibarlı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi