azia.az
azia.az

"Ərdoğanın Krımla bağlı mövqeyi bizə yaxşı məlumdur və onlar bu mövqeyi gizlətməyiblər"

27-09-2021, 07:55


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımla bağlı açıqlamaları onun Rusiyaya planlaşdırılan səfərinin uğurlu keçməsi perspektivlərinə zərər yetirmir.
"Ərdoğanın Krımla bağlı mövqeyi bizə yaxşı məlumdur və onlar bu mövqeyi gizlətməyiblər"
Məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov "Rossiya 1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" proqramında jurnalist Vladimir Solovyova müsahibəsində bildirib.

"Vəziyyəti necəsə həddindən artıq şişirtmək istəməzdim. Bununla belə, Türkiyə bizim tərəfdaşımızdır, hansı ki, bizim inkişaf etmiş münasibətlərimiz var və bu inkişaf etmiş münasibətlərin fonunda fikir ayrılıqlaırmız da qalır. Türkiyənin, cənab Ərdoğanın Krımla bağlı mövqeyi bizə yaxşı məlumdur və onlar bu mövqeyi gizlətməyiblər", - deyə Peskov vurğulayıb.

Rusiya Prezidentinin mətbuat katibinin sözlərinə görə, bu cür bəyanatlar bir qədər xoşagəlməyən izlər qoyub: "Lakin bununla belə, bu bəyanatlar Prezident Ərdoğanın Rusiyaya işgüzar səfərinin uğurlu, məzmunlu və konstruktiv keçirilməsi perspektivlərinə heç bir şəkildə zərər yetirmir".

Peskov Ərdoğanın Krımın işğal ounduğunu hesab etdiyini də söyləyib. O, uzun illər Türkiyədə çalışdığını, Krımı hələ Osmanlı imperiyası dövründən Türkiyənin olduğunu hesab edən çoxlu milliyyətçi türkləri tanıdığını da qeyd edib: "Lakin, şükürlər olsun ki, bu milliyyətçilər hakimiyyətdə deyil. Şükürlər olsun ki, Türkiyənin Prezidenti cənab Ərdoğan onların düşüncələrini bölüşmür".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi