azia.az
azia.az

Ermənilər daha kukla olmaq istəmir: Ya məhv olacaqlar ya da geri çəkiləcəklər - Diplomat

14-09-2021, 12:28

Ermənilər daha kukla olmaq istəmir: Ya məhv olacaqlar ya da geri çəkiləcəklər - Diplomat
“İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin həcmi və intensivliyindən də aydın olur ki, bu yalnız başlanğıcdır və yaxın zamanda yüksələn xətt üzrə daha da inkişaf edəcəkdir.

Azia.az xəbər verir ki, bu açıqlamanı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib. Keçmiş nazir bölgədə erməni, həm də hər şeydən əvvəl Rusiya və Minsk Qrupunun fəaliyyətinə diqqət çəkərək bildirdi ki, kənar oyunçuların məqsədi erməni strategiyası ilə üst-üstə düşür. Onlar istəyirlər ki, bölgənin mövcud, uzunmüddətli münaqişələrin idarə edilməsi mexanizmini hazırki vəziyyətdə "dondursunlar".

Ermənilər daha kukla olmaq istəmir: Ya məhv olacaqlar ya da geri çəkiləcəklər - Diplomat
“Bunun izahı odur ki, vasitəçilər və sülhməramlılar "oyunu" yəni imperialist siyasətini davam etdirmək üçün bir "predmetə" və ya "obyektə" ehtiyac duyurlar. Artıq Qarabağda qalan ermənilər də bu oyunda kukla olmaq istəmirlər və sürətlə oranı tərk edirlər. Bu məsələdə əsas sual odur ki, münaqişənin həll olunması mexanizmini necə təmin etmək olar. Problemin həlli ilə bağlı üç strategiyadann birinin reallaşması məsələnin həllində köməkçi ola bilər. Birinci təklif odur ki, bölgədə qalan ermənilərin böyük hissəsin münaqişə baş vermədən, işğaldan azad olunan əraziləri boşaldaraq, “Qarabağ mövzusu”nun bağlanmasına şərait yaratsınlar. İkinci təklif də odur ki, bundan sonra münaqişə yalnız Ermənistan-Azərbaycan dövlət sərhədi zonasına köçürülsün. Çünki bu mövzu, hər üç "həmsədr" üçün mövzu və predmet formalaşdırma potensialına malikdir. Üzərində dayanmalı olan üçüncü variant Qarabağ bölgəsində genişmiqyaslı hərbi əməliyyatların bərpasıdı. Bunun təşəbbüskarı, əlbəttə ki, "sülhməramlıların arxası"ndan "sülhməramlılar düşərgəsinin" sürətlə depopulyasiyasını müşahidə edən Azərbaycan olmayacaqdır. Düşünürəm ki, təşəbbüskarlar, ilk növbədə, “həmsədrlər”lə razılaşaraq “Yenə soyqırım” təbliğat kampaniyası ilə qarşıdurmalara səbəb ola biləcək ermənilərin özləri ola bilərlər”.

Tofiq Zülfüqarov qeyd etdi ki, belə bir addım atılacağı təqdirdə məqsəd 10 Noyabr tarixində razılaşmaları yenidən nəzərdən keçirmək və hər şeydən əvvəl sülhməramlı əməliyyatının mahiyyətini sülhün təmin edilməsi əməliyyatına çevirməklə yeni bir münaqişə reallığını formalaşdırmaq istəyi olacaqdır. Bu yaxınlarda erməni siyasətçilərin səsləndirdiyi fikirlərdən də biri yeni müharibə haqqındadır. Onlar düşünürlər ki, yeni müharibə Azərbaycan tərəfindən bu ərazi üzərində suverenliyin tamamilə itirilməsi və “sülhə məcbur edilənlərin” tam və praktiki olaraq məhdudiyyətsiz nəzarətinə keçə bilər. İkinci mümkün variant isə erməni əhalisinin Qarabağda çıxmasıdır. Keçmiş XİN naziri qeyd etdi ki, əgər ermənilər bu barədə danışmağa başladılarsa, demək onlar da vəziyyətin ciddiliyini başa düşürlər. Əsas sual budur ki, onlar yenə başqasının oyununda sövdələşmə predmeti olmağa razı olacaqlar yoxsa əksinə...”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi