azia.az
azia.az

Nazir yol polisinə yeni rəis təyin etdi

11-09-2021, 14:27

Nazir yol polisinə yeni rəis təyin etdi
Nizami rayon Dövlət Yol Polisi şöbəsinə yeni rəis təyin olunub.

Azia.az-ın əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bu barədə əmr imzalayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 5-ci tağımının komandiri, polis mayoru Yusif Hüseynov Nizami DYPŞ-nin rəisi təyin olunub.
Qeyd edək ki, bundan əvvəlki rəis Firdovsi Yusubov təqaüdə gedib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi