azia.az
azia.az

"Cəmil Babayev psixi xəstədir, ona niyə cinayət işi açılıb? - Deputat Aqil Abbas

8-09-2021, 15:08

"Cəmil Babayev psixi xəstədir, ona niyə cinayət işi açılıb? - Deputat Aqil Abbas
Ağdərədə sülhməramlıların nəzarətində olan ərazidə ermənilər tərəfindən saxlanılan azərbaycanlı Cəmil Babayev Azərbaycan tərəfinə qaytarılıb.

Bu barədə Əsir düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlumatda bildirilir ki, C.Babayev Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Azərbaycana qaytarılıb.

C. Babayev Artur Nalbandyan və Aramais Torozyan adlı 2 erməni əsgərlə dəyişdirilib.

Bundan öncə isə Müdafiə Nazirliyinin rəsmi açıqlamasında əsgər Cəmil Babayev haqqında cinayət işi başlanılması və araşdırma aparılması qeyd olunmuşdu.

Milli Məclisin deputatı Aqil Abbas məsələylə bağlı açıqlamasında cinayət işinin nəyə görə açıldığını anlamadığını deyib:

"Cəmil Babayevə nə cinayət işi açıla bilər? Hansı maddə ilə ona cinayət işi açılır? Dövlət sərhəddini pozubmu, adam öldürübmü, nə edib?”

Deputat Cəmil Babayevin psixi xəstə olduğunu deyib:

"O adam sadəcə olaraq, psixi xəstədir və buna görə də xəstəxanada yatıb. Xəstəxananı da durub qanunsuz tərk edib. Buna görə niyə cinayət işi açılmalıdır? Ermənilər də ona cinayət işi açıb, biz də cinayət işi açaq? İndi onu qaytardılar, iki erməni ilə də dəyişdilər. Əslində iki erməni ilə dəyişilməsi də başqa bir mövzudur. O, hara gedib, Ağdərəyə gedib, Azərbaycan torpağına gedib. Bilmirəm, bəlkə heç dədəsi, nənəsi orada yaşayıb. Məsələ burasındadır ki, ona hansı maddə ilə cinayət işi açılıb? Xəstəxananı qanunsuz tərk etdiyinə görəmi? Psixi xəstədir, durub gedib, bəs yaxşı o xəstəxananın nəzarətçiləri harada idi? O gedəndə təhlükəsizlik işçiləri niyə baxmayıb? Onlara cinayət işi qaldırılmalıdır, xəstəyə yox”.

Xatırladaq ki, avqustun 26-da Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib və Ağdərədə saxlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi