azia.az
azia.az

Yeni nazir kollektivə təqdim olunub

8-09-2021, 10:37

Yeni nazir kollektivə təqdim olunub
Yeni təyin olunan gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim olunur. Təqdimatı Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev edir.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, qurumda nəzərdə tutulan yeniliklər, planlar yeni nazir işə başladıqdan sonra açıqlanacaq.

Həmçinin, atılacaq addımlar barədə də ictimaiyyətə məlumat veriləcək.

Prezident İlham Əliyevin sentyabrın 7-si 2021-ci ildə imzaladığı sərəncamla Fərid Fazil oğlu Qayıbov Gənclər və İdman naziri təyin edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi