azia.az
azia.az

“Atası azərbaycanlı olan heç bir erməniyə vəzifə verilməyib” – Paşinyan tərəfdarları niyə daşa basıldı?

3-09-2021, 12:53

“Atası azərbaycanlı olan heç bir erməniyə vəzifə verilməyib” – Paşinyan tərəfdarları niyə daşa basıldı?
“Bu olaya həm adi narazılıq hadisəsi kimi, həm də “Qarabağ klanı”nın təxribatı kimi baxmaq olar. Prosesdə hər iki amil özünü göstərir”.

Bu sözləri Qarabağ ermənilərinin qondarma “müstəqillik günü” tədbirinə qatılmaq istəyən Ermənistanın hakim partiya nümayəndələrinin daşa basılmasına münasibət bildirərkən, politoloq Cümşüd Nuriyev deyib:


“Paşinyan tərəfdarlarının daşa basılması acı məğlubiyyətə etiraz idi. Bu insidentdə həm də klanlararası mübarizənin işartıları gizlənir. Paşinyan yeni hökumətə Qarabağ kökənli bir ermənini belə buraxmayıb. İlk dəfədir, erməni hakimiyyəti atası azərbaycanlı olanlardan da təmizlənib. “Qarabağ klanı” isə bu məqamdan yararlanmağa çalışaraq məlum insidentə rəvac verib”.

Həmsöhbətimiz baş verənlərin daha böyük etiraz aksiyalarına gətirib çıxaracağını düşünmür: “Bu baş verməyəcək. Ermənistanda “Qarabağ klanı”nın nümayəndələri o qədər də çox deyil. Qarabağ erməniləri artıq Ermənistanı tərk edib. Ona görə də, “Qarabağ klanı” baş verən olaydan öz məqsədləri naminə yararlana bilməyəcək. Ümumiyyətlə seçkilərdəki məğlubiyyətdən sonra “Qarabağ klanı”nın mövqeyi əhəmiyyətli dərəcədə sarsılıb”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi