azia.az
azia.az

“Bakı və Ankara erməni terrorçulara qarşı hərbi planlara qərar verib" - Sentyabrdan...

30-08-2021, 18:43

“Bakı və Ankara erməni terrorçulara qarşı hərbi planlara qərar verib" - Sentyabrdan...
"Zakir Həsənov orduya "Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təxribatlara dərhal cavab verilsin” əmrini verdi. Müdafiə naziri bundan öncə də eyni səpkili göstərişlər vermişdi”.

Azia.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. O, bu dəfə diqqətçəkən iki məqamın olduğunu bildirib:

"Birincisi, Zakir Həsənov Türkiyədə Hulusi Akarla görüşdü və Qarabağdakı vəziyyəti də müzakirə etdi. İstisna deyil ki, Bakı və Ankara erməni terrorçulara qarşı atılacaq mümkün addımlara və hərbi planlara qərar verib.

İkincisi, əmr sentyabrın 2-dən – erməni separatçı-terrorçuların qondarma "müstəqillik günü” keçirəcəyi tarixdən öncə verildi. Bakı ordunu mümkün siyasi və hərbi təxribatlara hazır vəziyyətə gətirir”.

A.Nərimanlı həmçinin qeyd edib ki, sentyabrın ilk həftəsində erməni təxribatının genişlənəcəyi də istisna deyil.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi