azia.az
azia.az

Vilayət Eyvazov rəis müavinini vəzifəsindən azad etdi - Yeni təyinatlar

23-08-2021, 14:48

Vilayət Eyvazov rəis müavinini vəzifəsindən azad etdi - Yeni təyinatlar
Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Azia.az Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Lənkəran Şəhər Polis şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Rahid Əsgərov vəzifəsindən azad olunaraq Lerik Rayon Polis şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.

Nazirin digər əmri ilə, Lənkəran Şəhər Polis şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə polis mayoru İltifat Yusifov təyinat alıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi