azia.az
azia.az

Lukaşenko müxalifət lideri Tixanovskayanı söydü

31-07-2021, 13:59


Lukaşenko müxalifət lideri Tixanovskayanı söydü
Belarus prezidenti Aleksandr Lukaşenko müxalifət lideri və prezidentliyə keçmiş namizəd, hazırda mühacirətdə olan Svetlana Tixanovskayanı söyüb, onu “əclaf qadın” adlandırıb. Virtualaz.org xəbər verir ki, Lukaşenko ötən gün ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı məmurlarla keçirdiyi toplantıda Tixanovskayanın uşaqları ilə təhdid edildiyi üçün Belarusu tərk etməyə məcbur olduğu haqda iddiaların yalan olduğunu deyib.



Lukaşenkonun bu mövzu haqda danışması Tixanovskayanın Ağ evdə ABŞ prezidenti Cozef Baydenlə görüşündən sonraya təsadüf edib. Müxalifət lideri bir neçə gündür ABŞ-da səfərdədir və daha əvvəl dövlət katibi Entoni Blinken də daxil olmaqla administrasiyanın bir çox üzvləri ilə görüşüb.
Lukaşenko müxalifət lideri Tixanovskayanı söydü
“Bunu mən bu gün məruzədə oxumuşam ki, guya onu Belarusu tərk etməyə məcbur ediblər, hədələyiblər ki, uşaqlarını oğurlayarıq və daha nələr. Qulaq asın, uşaqlar mənim üçün həmişə qırmızı xətdir və siz bunu bilirsiniz. Uşaqlar valideyinlərinə görə bax belə məsuliyyəti bölüşməli deyil ki, mən Litvaya gedirəm, uşaqları da götürürəm. Əgər siz onları ora aparmısınızsa, onda müdafiə edin”,-Belarus prezidenti bildirib.



Lukaşenko onu da deyib ki, müxalifətçi qadın şəxsən Belarus prezidenti yanında operativ-analitik mərkəzin rəisi Andrey Pavlyuçenkoya müraciət edərək ölkədən çıxışa icazə istəyib və maliyyə yardımı xahiş edib. Lukaşenkonun sözlərinə görə, Tixanovskayaya 15 min dollar veriblər və Litvaya getməyinə imkan yaradıblar. “Və indi o deyir ki, təhdid olunub, uşaqlarını əlindən almaq istəyiblər və daha nələr. Əclaf qadın!”,-Lukaşenko deyib.

Bundan əvvəl Tixanovskaya demişdi ki, 2020-ci ilin avqustunda prezident seçkilərindən sonra Belarusdan getməsinə təəsüflənir. O, bunun yanlış qərar olduğunu deyib. Bununla belə, Tixanovskaya bildirib ki, həmin vaxt belaruslular özləri kütləvi aksiyalara hazır deyildilər və heç bir koordinasiya strukturları yox idi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi