azia.az
azia.az

Bakı ermənilərin qayıdışını müzakirə etməyə 'hazırdır'

1-06-2021, 20:57


Rövşən Rzayev 1992-1993-cü illərdə bu ərazilərdən 750 mindən çox insanın didərgin düşdüyünü, hazırda onların 70 faizə yaxınının qayıtmaq istədiyini söyləyib

Bakı ermənilərin Qarabağdakı evlərinə qayıtmasını istisna etmir. Bunu Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib. O, ərazi mübadiləsindən söhbət getmədiyini də vurğulayıb.
Bakı ermənilərin qayıdışını müzakirə etməyə 'hazırdır'
“Bu cür qayıdış formasına gələcəkdə baxıla bilər”

“Ölkəmiz keçmiş DQMV-nin (keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti) erməni əhalisinin Azərbaycan ərazisində inteqrasiyasına hazır olduğunu dəfələrlə ən yüksək səviyyədə təsdiqləyib. Ancaq ərazidə yaşamaq hüququ onun zorla qopardılması ilə əvəz olunmamalıdır. Buna görə də sizin sualınıza cavabım – bəli, onlar (ermənilər) Azərbaycanda bizim ölkənin vətəndaşı olaraq, münaqişəyə qədər yaşadıqları kimi yaşaya bilərlər”, – Rzayev deyib.

Komitə sədri Xankəndində, Xocalı və Ağdərədə yaşayan azərbaycanlıların etnik təmizləmə nəticəsində qovulduqlarını, hazırda həmin ərazilərdə yalnız ermənilərin yaşadıqlarını da qeyd edib. “Ötən il əldə olunmuş üçtərəfli razılaşmada qaçqınların hamısının münaqişəyə qədər yaşadıqları yerlərə qayıtması nəzərdə tutulur. Düşünürəm ki, bu cür qayıdış formasına gələcəkdə, ehtiraslar səngiyəndə baxılacaq”, – o bildirib.

O qeyd edib ki, ermənilər Azərbaycanda münaqişəyə qədər indikindən daha yaxşı yaşayırdılar, “onlar üçün ölkəmizin digər millətləri kimi bərabər şərtlər yaradılacaq”.

Qayıtmaq istəyən ermənilərə təhlükəsizlik təminatının verilməsinə gəlincə, Rzayev qeyd edib ki, Azərbaycanda yaşayanların qarantı dövlət, onun konstitusiyası və qanunlarıdır: “Bütün bunların qarantı isə ölkəmizin prezidenti İlham Əliyevdir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi