azia.az
azia.az

Hillari Klinton: "Donald Tramp ABŞ üçün təhlükəlidir"

23-05-2016, 09:00

Hillari Klinton: "Donald Tramp ABŞ üçün təhlükəlidir" Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürmüş Hillari Klinton hesab edir ki, milyarder Donald Trampın siyasi baxışları və o özü Birləşmiş Ştatlar üçün təhlükəlidir.

Ölkə.Az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
"Mənim fikrimcə, onun namizədliyi ölkə üçün çox təhlükəlidir", - deyə o qeyd edib.
Məlumata görə, Klinton özünü faktiki olaraq Demokratlar Partiyasından yeganə namizəd hesab etdiyini və prezident seçkiləri uğrunda mübarizədə sona qədər səylərini əsirgəməyəcəyini bildirib.
"O, normal namizəd deyil. Donald Tramp bizim yaxın müttəfiqimiz olan Böyük Britaniyaya qarşı kəskin çıxışlar edir, Şimali Koreyanın təhlükəli diktatorunun ünvanına təriflər yağdırır, NATO-dan çıxmağı təklif edir, terrorçuluqda şübhəli bilinən ailələrin qətl edilməsi və əziyyət verilməsinə tərəfdar olduğunu söyləyir",- deyən Klinton əlavə edib ki, "bütün bunlar birbaşa təhlükə mənbəyidir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi