azia.az
azia.az

MTX erməni siyasətçilərin həbsinin səbəbini açıqladı

20-02-2021, 22:22

Ermənistanın Milli Təhlükəsizlik Xidməti bir neçə siyasətçinin həbsi ilə bağlı açıqlama yayıb.
Azvision.az xəbər verir ki, məlumatda siyasətçilər Ara Saqatelyan və Karen Bekaryanın "Facebook"da saxta hesablar vasitəsilə Nkol Paşinyan və digər məmurları tənqid, təhqir etdikləri bildirilir.

Xüsusilə, parlament aparatının keçmiş rəhbəri Ara Saqatelyan vəzifəsi sayəsində öz əlaqələrindən istifadə edərək cinayət törətmək məqsədi ilə mütəşəkkil qrup yaradıb. Bu qrupa həmkarı Karen Bekaryan, sürücülər Mqer Avakyan, Aram Sarkisyan və şəxsiyyəti hələ müəyyənləşməmiş digər əlaqəli şəxsləri daxil edib. Onlar "Gagik Soghomonyan" səhifəsi vasitəsilə oktyabrın 10-dan etibarən Qarabağ döyüşləri barədə şərhlər verməyə başlayıb, ayrı-ayrı məmurların fəaliyyətlərini tənqid edib, onları nüfuzdan salan açıqlamalar veriblər.

Səhifədə baş nazir və Ermənistanın digər yüksək vəzifəli şəxslərinə qarşı ittihamlar da yer alıb. Söhbət xəyanət ittihamlarından, müharibə zamanı əsgər ölümünə səbəb olan hərəkətlərdən gedir.

MTX həmin şəxslərin hərbi vəziyyətin tətbiq edilməsi haqqında qərarı pozduqlarını bəyan edib.

Ara Saqatelyan, Karen Bekaryan, Mqer Avakyan və Aram Sarkisyan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istintaq şöbəsində açılmış cinayət işi çərçivəsində saxlanılıblar.

Bir sıra istintaq və digər prosessual hərəkətlər həyata keçirilib. Xüsusilə axtarışlar zamanı cinayət işi üçün vacib olan kompüterlər, telefonlar, modemlər və digər əşyalar aşkar edilərək götürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi