azia.az
azia.az

BNA Azərbaycan qanunlarını tanımır, onun öz qanunları var - FOTOFAKT

25-01-2021, 12:44

BNA Azərbaycan qanunlarını tanımır, onun öz qanunları var - FOTOFAKT

Azərbaycan Respublikasının 2008-ci ilin oktyabr ayında BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasına və həmin Konvensiyanın Fakültativ Protokoluna qoşulmuşdur.
Konvensiyada müəyyən edilən ümumi öhdəliklərin səmərəli icrası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi koordinator kimi müəyyən olunub.
Konvensiyada nəzərdə tutulan müstəqil monitorinq funksiyalarını isə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) həyata keçirir.
Bunları nəzərə alaraq AR Milli Məclisi (http://www.e-qanun.az/framework/39591)

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun qəbul odib.. Deməli bura qədər biz Respublikada əlillərin hüquqları ilə bağlı nə edildiyini yazdıq. Amma bir məsələni yaddan çıxartdıq. Əlil maşınlarının parklanma problemi. Biz yaddan çıxardsaqda dövlət yaddan çıxardmayıb. Beləki qanuna görə əlil maşınları hətta "dayanma durma" qadağan edilən yerlərdə dayanmaq hüququ var. Bu da əlillərin həyatını yüngülləşdiurmək üçün qəbul edilmiş qanundur. Axı ayaqdan əlil olan biri sağlam adamlar kimi gedib maşın üçün 1 km yerdə yer tapıb maşınını parklayıb, ordan piyada Aptekə və ya Marketə və ya hər hansı bir iş üçün gəldiyi ünvana gələ bilmir. Ona görə dövlət ona bu hüququ verib. Əvvəl bu Yol Polisinin icraatında idi.Onlar buna riayət edir, ılillırin haqlarını tapdalamırdılar. Lakin indi Bakı Nəqliyyat Agentliyi(BNA) baxır. Milli Məclis qanunlar qəbul etsin, Prezident fərman versin, amma və lakin Bakı Nəqliyyat Agentliyi və onun “baş bilən”lərinin öz qanunları var. Bu qanunlar ancaq cibə işləyir. BNA qanun zad tanımır və ancaq öz qanunları ilə işləyir. Əgər elə deyilsə şikayətimizə verilən cavabla sizdə tanış olun: Məsələn bu situasiyada BNA-nın verdiyi bu cavabı bəlkə siz başa düşəsiniz.
BNA qanun zad tanımlr və ancaq öz qanunları ilə işləyir. Əgər elə deyilsə çikaəytimizə verilən cavabla sizdə tanış olun:

(Qadağan olunmuş yerlərdə Yol hərəkatı qanunun m 64 b5 h4 əsasən
Maddə 64. Qadağan nişanları:
V. Qadağan nişanlarının qüvvəsi aşağıdakılara şamil edilmir:
4) 3.2, 3.28—3.30 — Əlilliyi olan şəxs tanınma nişanına malik nəqliyyat vasitələrinə;)
Birinci bu yolun hərəkət hissısinin 2-ci hərəkət zolağı deyil. İkincidə qanun əlillərə qadağan işarəsinin altında belə maşın saxlamağa icazə verib.
Çünki onlar əlilldirlər. Sizin kimi sağlam deyillər, lakin deyəsən BNA əlillərin hesabına varlanmaq eşqinə düşüb.
Onu da vurğulayaq ki, BNA -nın əlillərə qarşı sözügedən “qanun dələduzluğu”na Konstitusiyanın 133-cü maddəsinə əsasən qanunun eyni cür və dürüst icra olunmasına nəzarət edən prokurorluq hüquqi qiymət verilməsini təmin etməyə borcludur. Əlillərin şikayətləri isə qanuna zidd olaraq barəsində şikayət edilən BNA -ya göndərilir və oradan da sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sehmur Quliyevin şablon cavabı ilə özbaşınalıq dəyişməz olaraq qalır.
Hələ bu nədir, parklanma ilə bağlı araşdırmamızla gələn saylarılmızda sizləri tanış edəıcəyik! Bizi izləyin.
Azia.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi