azia.az
azia.az

İlham Əliyevin “La Republica” qəzetinə müsahibəsindən mühüm məqamlar

5-11-2020, 16:55

İlham Əliyevin “La Republica” qəzetinə müsahibəsindən mühüm məqamlar

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibəsində mühüm məqamlara toxunub.

Azia.Az xəbər verir ki, Prezident İlham Əliyev ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatının “Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək” məqsədi daşıdığını deyib.

Ali Baş Komandan bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir, Azərbaycan öz ərazisində döyüşür, biz təcavüzkar deyilik, biz başqa ölkələrə hücum etmirik:

“Ona görə də, toqquşmaların ilk saatlarından başlayan və indiyədək davam edən bu siyasi dəstək münaqişənin həlli üçün mühüm əhəmiyyət kəsb edir”.

Əslində dövlət başçısı dəfələrlə ona bu istiqamətdə ünvanlanan suallara cavabı dəyişməz qalıb.

Bəli, biz bu gün öz doğma, düşmən tapdağı altında olan yurdlarımızdan erməniləri qovuruq. Özü də yüksək məharət və peşəkarlıqla!

Millət vəkili Jalə Əliyeva məsələ ilə bağlı Baku TV-yə bildirib ki, Azərbaycan özgəsinin torpağında müharibə aparmır:

“Ən ümdəsi Azərbaycan qarşı tərəfin dinc əhalisini, mülki insanlarını qətlə yetirmir. Bəli, biz bu gün qisasımızı alırıq. Amma düşmən torpağında deyil, öz torpağımızda”.

Millət vəkili Arzu Nağıyev Baku TV-yə məsələ ilə bağlı qeyd edir ki, bu gün müharibə tək səngərlərdə getmir, eyni zamanda informasiya müharibəsi, diplomatik müharibə gedir:

“Nə qədər ermənilər özlərinin lobbiçiliyindən istifadə eləsələr də, birmənalı şəkildə aydındır ki, Azərbaycan haqq işindədir, Qarabağ Azərbaycan torpaqlarıdır.”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi