azia.az
azia.az

İranın Xarici İşlər Naziri Qarabağla bağlı elə belə də dedi

1-11-2020, 15:55



İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Qarabağ münaqişəsinin həlli ilə bağlı İranın təklif etdiyi planın bəzi aspektlərini açıqlayıb.
İranın Xarici İşlər Naziri Qarabağla bağlı elə belə də dedi
Virtualaz.org-un məlumatına görə, nazir İRİB-ə verdiyi müsahibəsində qeyd edib ki, İran Dağlıq Qarabağ regionunda gərginliyin ilk illərindən Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə ilə danışıqlar aparır.

"Biz hesab edirik ki, müharibə region ölkələrinə daha çox ziyan vuracaq və buna görə də bu ölkələr müharibənin dayandırılmasına daha çox təsir göstərə bilərlər. Biz bu kontekstdə danışıqlar aparırıq", - deyə o bildirib və əlavə edib ki, İranın təşəbbüsü ATƏT-in Minsk qrupu kimi digər həll mexanizmləri ilə rəqabətə cəhd etmir.

"Planımızın mühüm cəhətlərindən biri ondan ibarətdir ki, o yalnız atəşkəsə aid deyil, daha çox hər iki tərəfin bəzi prinsiplərə sadiqliyi ilə başlanacaq çərçivə əsasında fikir ayrılıqlarının həllinə yönəlib, sonra isə digər tədbirlər reallaşdırılacaq, xüsusilə işğalçı qoşunların işğal edilmiş bütün ərazilərdən çıxarılması", - deyə o vurğulayıb.

O qeyd edib ki, Xarici İşlər nazirinin müavini Abbas Araqçı Azərbaycan, Ermənistan, Rusiya və Türkiyəyə bu planı təklif edib və Tehran indi bu ölkələrin öz təşəbbüsünə nə cavab verəcəyini gözləyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi