azia.az
azia.az

Fevralın 29-da mitinq olacaq

25-02-2020, 19:05

Fevralın 29-da mitinq olacaq

Bir sıra partiyaların liderləri və fəallarından ibarət Mitinq Komitəsi fevralın 29-da saat 15:00-dan 17:00-dək MSK-nın binası qarşısında etiraz aksiyası keçirmək niyyətilə bağlı Bakı İcra Hakimiyyətinə müraciət edib.
Azia.Az xəbər verir ki, bunu Mitinq Komitəsinin üzvü, D18 Hərəkatının lideri Ruslan İzzətli bildirib.

Bakı şəhər İcra Hakimiyyətinə alternativ üçün 8 yer təklif edilib:

1. Nazim Hikmət və Həsən Zərdabi küçələrinin kəsişməsindəki meydan;

2. 20 Yanvar küçəsi, 2527 ünvandakı məhəllə stadionu ("Moskva" Univermağının yaxınlığında);

3. Nəcəf Nərimanov küçəsi, 55 ünvanında yerləşən "Cıdır" restoranının qarşısındakı meydan;

4. Hüseyn Cavid heykəlinin ətrafındakı park (Yasamal rayonu, Elmlər Akademiyası nın yaxınlığında);

5. Qış parkı (Akademik Dram Teatrının qarşısında)

6. Mərkəzi park (Akademik Dram Teatrından yuxarı);

7. "28 may" metro stansiyasının qarşısındakı meydan (Cəfər Cabbarlının heykəli ətrafında);

8. Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionu (keçmiş "Məhsul" stadionu).

Bildiriş R.İzzətlinin, eləcə də REAL Partiyasının rəhbəri İlqar Məmmədov, Müsavat Partiyası sədrinin müavini Fərəc Kərimli və müstəqil namizəd Fərhad Mehdiyevin adından göndərilib.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi