azia.az
azia.az

MSK Fəzail Ağamalının lideri olduğu dairənin 11 məntəqəsində nəticələri ləğv etdi

24-02-2020, 03:00

MSK Fəzail Ağamalının lideri olduğu dairənin 11 məntəqəsində nəticələri ləğv etdi
Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 60 saylı Salyan-Neftçala seçki dairəsi ilə bağlı müraciətə baxılıb."Report" xəbər verir ki, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə namizədlər Aytən Qurbanova və Kamil Musəvi bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu iddia edib.MSK üzvü Baxşeyis Əsgərov bildirib ki araşdırmalar zamanı qeyd olunan pozuntu halları 4, 5, 8 və 13, 15, 23, 27, 32, 35, 37 və 39 saylı seçki məntəqələrində öz əksini tapıb. B.Əsgərov qeyd edib ki, həmin seçki məntəqələrində seçicilərin iradəsinə təsir edəcək hallar müşahidə olunub. O, həmin məntəqələrdə səsvermənin nəticələrinin ləğv olunmasını təklif edib. Təklif səsə qoyularaq qəbul olunub.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Fəzail Ağamalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi