azia.az
azia.az

"Putinlə telefon danışığımızın nəticələri mövqeyimizi müəyyənləşdirəcək" - Ərdoğandan İdlib açıqlaması

21-02-2020, 23:24


"Bu gün axşam saat 18:00-da cənab Putinlə telefon danışığım olacaq. İdlibdəki bütün prosesləri müzakirə edəcəyik. Bu telefon danışığının nəticələri bizim mövqeyimizi müəyyənləşdirəcək".
"Putinlə telefon danışığımızın nəticələri mövqeyimizi müəyyənləşdirəcək" - Ərdoğandan İdlib açıqlaması
Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə yaşanan son proseslərə münasibət bildirərkən deyib. Ərdoğan, Almaniya baş naziri Merkel və Fransa prezidenti Makronla da telefonla danışdığını bildirib.

"Merkel və Makron Putini İdlibdə atəşkəsə dəvət etdi. Bu dəvətə cavab hələ gözlənilən deyil. Martın 5-də İstanbulda 4-lü zirvə görüşü təklif etdilər. Putin hələlik onlara lazım olan cavabı verməyib. 1 milyon insan bizə doğru köç edir. Biz bu insanları hara yerləşdirəcəyik? Qida, geyim kimi yardımlar edirik. Merkel bu qaçqınlar üçün 25 milyon avro söz vermişdi. Hələ ki bu məbləği Qızılaya köçürməyiblər. Makrona da eynisini söylədim.

Bu axşam saat 6 radələrində Putinlə telefon danışığım olacaq. Ümid edirəm ki, bu görüşlə yaxşı bir addım atacağıq" - Ərdoğan belə deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi