azia.az
azia.az

YAP-ın namizədini sıradan çıxartmağa çalışan şəxs kimdir?

7-01-2020, 22:18

YAP-ın namizədini sıradan çıxartmağa çalışan şəxs kimdir?
Ölkədə keçiriləcək parlament seçkilərinə hazırlıqlar davam edir.

Bu məqsədlə namizədlərin qeydə alındığı və digər işlərin davam edildiyi barədə dosye.org-a bir neçə məlumatlar daxil olub. Məlumat üçün bildirək ki, 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə bir aydan da az vaxt qalır. Təbliğat-təşviqat kompaniyası başlamadığı bir zamanda, bəzi qeydə alınan namizədlər qara piarla bir neçə şəbəkə vasitəsi ilə tanınmış simaları, yəni onlara rəqib olacaq namizədi nüfüzdən salmaq üçün sifarişlər verir.

Dosye.org-ın əldə etdiyi məlumatlara görə, 70 saylı Masallı şəhər seçki dairəsindən namizədliyini irəli sürmüş Cəlil Xəlilov, rəqibi Milli Məclisin YAP-çı deputatı Nəriman Əliyevin əvəzinə sözügedən dairədən namizədliyi irəli sürülən Məşhur Məmmədovu sıradan çıxartmaq üçün hərəkətə keçdiyi bildirilir. Nəzərinizə çatdıraq ki, Məşhur Məmmədov əslən Masallı rayonunun Yeddioymaq kəndindəndir və adı kimi məşhur “Embavud” şirkətinin rəhbəri olub.
Məşhur Şahbaz oğlu Məmmədov
YAP-ın namizədini sıradan çıxartmağa çalışan şəxs kimdir?
Digər bir məlumat da isə bildirilir ki, əslən Masallı rayonundan olan Cəlil Xəlilov, bütün imkanlardan istifadə etməyə hazırdır. Onun fikrincə, 70 saylı Masallı şəhər seçki dairəsindən real namizəd məhz özüdür. Məsələ ilə bağlı adı hallanan şəxslərlə telefon əlaqəsi yaratmağa çalışdıq. Əfsüslər olsun ki, telefon zəngimizə cavab verilmədi. Araşdırmalarımız davam edir…


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi