azia.az
azia.az

"Cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində böyüklərə hörmət, qayğı hissinin formalaşdırılması vacib məsələlərdəndir"

14-12-2019, 13:23


Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov : "Cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində böyüklərə hörmət, qayğı hissinin formalaşdırılması vacib məsələlərdəndir"
"Cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində böyüklərə hörmət, qayğı hissinin formalaşdırılması vacib məsələlərdəndir"
23 dekabr 2019-cu il tarixində Azərbaycanda keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Pirallahı rayon Ağsaqqallar Şurası üzvlərinin seçicilərlə görüşü baş tutdu. Azərbaycan Respublikasının Ağsaqqallar Şurası, Pirallahı rayon ağsaqqalları və Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən şəxslərin iştirakı ilə 13 dekabr 2019-cu il tarixində Pirallahı rayon Gənclər Mərkəzində keçirilən tədbirdə giriş sözü ilə çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində böyüklərə hörmət, qayğı hissinin formalaşdırılması vacib məsələlərdəndir. Bu, cəmiyyəti yaşadan ən əsas prinsiplərdən biridir.
Azərbaycan Respublikası Ağsaqqallar Şurası sədrinin müavini, AMEA-nın müxbir üzvü Sudeyif İmamverdiyev çıxışında Yeni Azərbaycan Partiyasının yarandığı dövrün Azərbaycan xalqının tarixində çətin sınaq dövrü olduğunu və ulu öndərin rəhbərliyi altında partiyanın bu xilaskarlıq missiyasını layiqincə yerinə yetirdiyini qeyd etdi.
Azərbaycan Respublikası Ağsaqqallar Şurasının Məclis üzvü, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Aydın Qasımov çıxışında son illərdə ölkədə aparılan sosial layihələrin həcmini, iqtisadiyyatımızın inkişafını qeyd edərək, dövlətçiliyimizin inkişafında gənclərə üstünlük verilməsini alqışladı.
Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov və rayon ağsaqqalı Səməd Əhmədov çıxış edərək rayonun inkişafında ağsaqqalların gənc nəsillə daim birgə olduğunu vurğuladılar.
Sonra 23 dekabr 2019-cu il tarixində ölkəmizdə keçirilən Bələdiyyə seçkilərində partiya tərəfindən namizədliyi irəli sürülmüş Məmləkət Qaraçobanova Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını və partiyanın Prezident İlham Əliyevin sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verdiyini qeyd edərək, seçiciləri partiya tərəfindən namizədliyi irəli sürülmüş şəxslərə səsvermədə fəal olmağa dəvət etdi.


Gunel Abdullazadeh,
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi