azia.az
azia.az

Rusiyanın gələcəyi üçün əsas təhlükə... - Putinlə görüş öncəsi Netanyahudan iddia

12-09-2019, 16:36

Rusiyanın gələcəyi üçün əsas təhlükə... - Putinlə görüş öncəsi Netanyahudan iddia
Rusiyanın gələcəyi üçün əsas təhlükə radikal İslamdır. Publika.az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri İsrail Benyamin Netanyahu RBK nəşrinə müsahibəsində deyib.
Siyasətçi qeyd edib ki, nüvə silahını almağa və Yaxın Şərqi özünə tabe etməyə çalışan İrandan gələn şiə radikal islamı özündə ən böyük şəri daşıyır.
“Yekunda o öz ideologiyasını və silahlarını təkcə İsrail və Qərbə deyil, həmçinin Rusiyaya yönəldəcək. Çünki o bizim ortaq mədəniyyətimizə qarşıdır və dünyanı idarə etmək istəyir. Hökmranlıq üçün irrasional cəhd bütün bəşəriyyəti hədələyir”, - Netanyahu bildirib.Siyasətçi Rusiya və İranın münasibətlərini qiymətləndirərək qeyd edib ki, iki ölkənin mövqeləri bəzən uyğun gələ bilər, amma həmişə və tamamilə deyil.Qeyd edək ki, Netahyahu sentyabrın 12-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. Bu, baş nazirin Rusiyaya bir il ərzində üçüncü səfəridir. Liderlər Suriya başqa olmaqla, beynəlxalq çağırışın bır sıra mövzularını müzakirə edəcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi