azia.az
azia.az

ATU Tədris Cərrahiyə klinikasında xeyriyyə marafonu keçirilib

21-05-2019, 07:53

ATU Tədris Cərrahiyə klinikasında xeyriyyə marafonu keçirilib
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə 30-dək xəstəni müayinə və pulsuz əməliyyat edib. Müayinə və əməliyyatlar Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum olmuş uşaqlar üzərində aparılıb. Aksiyadan bütün göz xəstəlikləri olan xəstələr – refreksiya anomaliyalı olan xəstələr, yəni miopiya, mürəkkəb miopik astiqmatizm, qarışıq astiqmatizmi olan xəstələr yararlanıb və 26 tələbənin gözündə ekzeymer lazer əməliyyatı həyata keçirilib. Pasientlər aksiyadan razı qaldıqlarını bildirib, onlara belə bir fürsət yaratdığına görə, Tədris Cərrahiyyə Klinikasının rəhbərliyinə təşəkkür ediblər. Qeyd edək ki, Qurban İsmayılov tərəfindən mütəmadi olaraq belə aksiyalar təşkil olunur, çoxsaylı xəstələr bu aksiyadan yararlanırlar. Xatırladaq ki, bundan öncə dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olması münasibətilə keçirilən aksiyada 14 tələbə əməliyyat olunmuşdu.
ATU Tədris Cərrahiyə klinikasında xeyriyyə marafonu keçirilib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi