azia.az
azia.az

Dərman şirkətləri bu resepti 17 il əvvəl məhv edib - MÖCÜZƏVİ DUZ SARĞISI

5-02-2019, 21:41

Dərman şirkətləri bu resepti 17 il əvvəl məhv edib - MÖCÜZƏVİ DUZ SARĞISI
Bu resept 2002-ci ildə sağlamlıq jurnallarında çap edilib. Lakin farmasevtik kampaniyalar tərəfindən həmin jurnallar yığışdırılıb. Beləliklə bir müddətdən sonra unudulub. Lakin köhnə qəzetlərdən birinin səhifəsində "ilişib” qalan resept yenidən ortaya çıxarılıb.
Medicina.az xəbər verir ki, söhbət xörək duzu ilə hazırlanan reseptdən gedir.
Duz sarğıları bir çox xəstəliklərdə, açıq yaralar zamanı, hətta xərçəng şişlərində tətbiq edilir. Bu məhlulun orqanizm üçün bir sıra faydaları var:
Xörək duzunun 10%-li məhlulu aktiv sorbentdir. Bu maddə xəstə orqandan zərərli maddələri sorub çıxarır. Məhlulun müalicəvi effektinin daha da təsirli olması üçün onun hazırlandığı materialın hava keçirən olması şərtdir.
Duz sarğısı lokal olaraq işləyir – yalnız xəstə orqana və ya bədənin xəstə hissəsinə təsir edir. Sarğının təsiri ilə mikroblar və viruslar toxumalardan keçərək dəri vasitəsilə bədən səthinə çıxırlar.
Dərman şirkətləri bu resepti 17 il əvvəl məhv edib - MÖCÜZƏVİ DUZ SARĞISI
Beləliklə də sarğı qoyulan müddətdə xəstə orqanizmdə maye yenilənməsi gedir, bədən patogen amillərdən azad olaraq patoloji prosesin qarşısı alınır.
Duz sarğısı tədricən təsir göstərir. Müalicə 7-10 gün ərzində effektini verməyə başlayır. Bəzən isə bu müddət uzanır.
Duz məhlulunu kompress şəklində deyil, yalnız sarğı halında tətbiq etmək lazımdır. Məhlulun qatılığı 10%-dən çox, 8%-dən az olmamalıdır.
Məhlulun artıq qatılığı xəstə nahiyədə kapilyarların zədələnməsinə səbəb ola bilər. Sarğının hazırlandığı material çox əhəmiyyətlidir. O, hiqroskopik, yəni mayesaxlayan olmalıdır. Sarğı bağlanan nahiyəyə yağ, maz, spirt, yod sürtülməməlidir.
Yaxşı olardı ki, dəfələrlə istifadə edilərək yuyulmuş pambıq parçadan istifadə edilsin. Tənzifdən də istifadə edilə bilər. Sarğı hazırlanarkən parçadan 4 qatlı, tənzifdən isə 8 qatlı istifadə edilməlidir.
Sarğı qoyularkən məhlul kifayət qədər isti olmalıdır. Parça isladıldıqdan sonra yüngülcə sıxılaraq orta quruluğa gətirilməlidir.
Sarğını xəstə nahiyəyə qoyaraq üzərini tənziflə örtün və plastrla bərkidin.
Duz məhlulunun hazırlanması:

1. 1 litr distillə olunmuş suyu qaynadın.
2. 1 litr suya 90 qr, yəni 3 dolu olmayan xörək qaşığı duz tökün və yaxşıca qarışdırın. Beləliklə 9%-li duz məhlulu əmələ gəlir.
3. 8 qatlı tənzif götürün, onu 1 dəqiqə müddətində həmin məhlulda saxlayın. Sonra çıxararaq axmasın deyə yüngülcə sıxın.
4. Sarğını xəstə nahiyənin üzərinə qoyun. Üstünü yun əski ilə bağlayaraq səhərə qədər saxlayın.
Arzu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi