azia.az
azia.az

COVİD-19 vaksini vurdurmayanlara çörək satılmayacaq .

2-08-2021, 21:38

COVİD-19 vaksini vurdurmayanlara çörək satılmayacaq .

Türkiyədə COVİD-19 vaksini ilə bağlı maraqlı addım atılıb.

Azia.az bildirir ki, İstanbulun 6 bölgəsində vaksin olunmayan şəxslərə çörək satılmaması haqqında qərar qəbul edilib.

Sözügedən bölgələr arasında Bakırköy, Güngören, Bağcılar, Bahçelievler, Bayrampaşa ve Esenler yer alır. Qərara görə, qeyd edilən ərazilərdə yerləşən çörək dükanlarına peyvəndsiz girmək də mümkün olmayacaq.

İstanbul çörəkçilər mərkəzinin Esenler nümayəndəsi Mustafa Çiçək bildirib ki, qərara səbəb yoluxmaların artması olub.

"Hazırda yoluxmalar sürətlə artır və proses bizi narahat edir. Biz də çörəkçilər olaraq öhdəmizə düşəni etməyə çalışırıq. Vaksin qərarının qısa zamanda 39 bölgəyə də şamil ediləcəyini düşünürəm. Hətta bütün Türkiyədə bunun tətbiq edilməsinin tərəfdarıyıq”, - deyə o əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi