azia.az
azia.az

Kişilərdə cinsi zəiflik bundan yaranırmış - MÜTLƏQ OXUYUN,ÇARƏSİN HƏKİM AÇIQLADI

4-06-2021, 11:30



Kişilərdə cinsi zəiflik bundan yaranırmış - MÜTLƏQ OXUYUN,ÇARƏSİN HƏKİM AÇIQLADI
Cinsi zəiflik (və ya impotesiya, erektil disfunksiya və s.) dedikdə, kişinin tam dəyərli, yaşına müvafiq olan cinsi fəaliyyət aktını həyata keçirə bilməməsi başa düşülür. Lakin bu cavab pasientləri qane etmir. Onlar bilmək istəyir ki, konkret olaraq onların düşdüyi vəziyyət cinsi zəiflikdir yoxsa başqa bir şeydir. Bilmək istəyirlər ki, normal cinsi əlaqə necə olmalıdıır, həftədə və ya ayda neçə dəfə olmalıdır, bir gündə ən çoxu neçə dəfə olmalıdır, cinsi əlaqə neçə dəqiqə davam etməlidir; onun müalicəyə ehtiyacı varmı? O müalicə olunmasa daha nə baş verər? Müalicə olunsa müalicənin müddəti, nəticəsi, xərci necə olacaq və s.
Azia.az xəbər verir ki, Cinsi zəiflik özünü müxtəlif formalarda göstərə bilər: cinsi əlaqə tamamilə mümkün olmaya bilər (kişidə həvəsin və ya ereksiyanın mütləq şəkildə olmaması); çətinliklə, əziyyətlə baş tuta bilər, lakin cütlər hər ikisi narazı qalar; kişi tez boşala bilər – əlaqə yəni o qədər qısa müddət sürər ki, həm kişi, həm də qadın məyus olar. Beləliklə, cinsi əlaqədən cütlərin bu və ya başqa şəkildə təkrar–təkrar razı qalmaması – cinsi zəiflik adlanır. Bu zaman nəzərdə tutulan hallar (variantlar) bunlar ola bilər:

Həvəsin olmaması. Cinsi zəifliyin bu forması bütün yaşlarda rast gəlir. Cinsi əlaqə üçün həvəsin (istəyin) olmaması “libido” adlanır və bu psixoanalitik termin ilk dəfə alman alimi Ziqmund Freyd tərəfindən elmi cəhətdən şərh olunmuşdur. Başqa sözlə “libido” cinsi əlaqə instinkti kimi də izah oluna bilər. Bəzi mülahizələrə görə seksual istəyin dərəcəsi, yəni libidonun səviyyəsi iinsanın bütün davranışlarına təsir edir.(!!!)
Erektil impotensiya – cinsiyyət üzvünün bərkiməməsi ilə bağlı cinsi zəiflik. Bu zaman kişinin cinsiyyət üzvünü vaginaya (qadın cinsiyyət üzvünə) daxil edə bilməməsi nəzərdə tutulur (kişi cinsiyyət üzvünün vağinaya daxil olmadan sperma axması da bura aiddir).
Erkən boşalma. Bu zaman isə cinsiyyət üzvünün vaginaya daxil olması baş versə də, cinsi əlaqə 2-3 dəqiqədən az çəkir. Əgər kişinin cinsiyyət üzvu vaginaya daxil olmazdan əvvəl boşalma baş verirsə, bu da erkən boşalma hesab edilir.
Eyakulyasiyanın olmaması. Bu zaman söhbət kişinin cinsi aktının eyakulat (prostat vəzinin şirəsi və sperma) olmadan bitməsindən gedir.
Cinsi zəifliyin bütün formaları haqda , onların hər birinin səbəbləri və müalicəsi haqda növbəti məqalələrdə geniş söhbət ediləcəkdir. Amma əvvəlcə bir sualı aydınlaşdıraq:

Normal cinsi əlaqə necə baş verir, bunun üçün hansı şərtlər lazımdır?

Cavab belədir: Normal, sağlam, müntəzəm cinsi əlaqə üçün 1) sağlam, koordinasiya olunan beyin fəaliyyəti, 2) elastik qan-damar təchizi, 3) tam həcmli funksiya göstərən sinir şəbəkəsi, 4) sağlam hormonal sistem tələb olunur.

Beləliklə insanın 5 duyğu üzvü tərəfindən yaranan erotik stimulyasiya nəticəsində – damarların qanla dolması, cinsiyyət üzvünün bərkiməsi – ereksiyası baş verir. Bu zaman sinir sistemi çanaq orqanlarına göndərilən “kimyəvi mesajlara” cavab verir.

Cinsi zəifliyin səbəbləri

Kişilərdə cinsi zəifliyin səbəblərini öyrənən və uzun illər cinsi zəiflikdən əziyyət çəkən xəstəri müşahidə altında saxlayan Avropanın və Amerikanın elmi-tədqiqat institutları bu nəticəyə gəliblər ki, cinsi zəiflik xəstəlik deyil!!! Belə ki, 100-lərlə tədqiqat sübut edib ki, cinsi zəiflik müstəqil xəstəlik deyil, simptomdur! Əksər hallarda cinsi zəifliyin ilk görünən əlamətləri bədəndə hər hansı orqanda baş verən ciddi bir prosesin ilk əlaməti ola bilər. Məsələn aterosklerozun! Yaxud şəkərli diabetin! Hətta də ürək xəstəliyinin və s. Beləliklə, cinsi zəiflik probleminə müasir yanaşmanın əsas tələblərindən biri də cinsi zəiflik hallarına bu nöqteyi nəzərdən yanaşmadır.

Cinsi zəifliyə səbəb olan hallar əsasən 2 növə bölünür: psixoloji və üzvi (bədənsal) səbəblər.

Psixoloj səbəbli cinsi zəiflik daha çox gənc yaşlarda rast gəlir, lakin yaşlılarda da rast gələ bilər.

Bunların müəyyən qismi tibbi müalicə tələb etmir. Psixoloji səbəb aradan qalxdıqda cinsi zəiflik də aradan qalxır. Bunların bir qismi isə seksual təcrübənin azlığı ilə bağlı olur. Lakin psixoloji səbəbdən yaranan cinsi zəiflik bir sıra hallarda ciddi müalicə tələb edir.

Cinsi zəifliyin üzvi (bədənsal) səbəbləri olduqca müxtəlifdir. Bu səbəbləri isə şərti olaraq birbaşa və dolayısı ilə təsir edən səbəblərə bölürlər.

Birbaşa səbəblər:

1- Prostat vəzi problemləri (bu linkə vurun //www.youtube.com/watch?v=mJrozM3FWcg )

2- 2-ci tip Şəkərli Diabet

3- hipoqonadizm (endokrinoloji – hormonal çatışmazlıqdır)

4- Yüksək qan təzyiqi – hiperenziya

5- damar xıstəlikləri və zədələnmələri

6-Qanda xolesterinin yüksək olması

8 – xronik yuxu pozulmaları

9 – dərmanlar (məsələn, qan təzyiqi dərmanları)

10 – Sinir xəstəlikləri

11 – Peyroni xəstəliyi (penisin zədələnməsi)

12 – Priaprizm (penisin qeyri normal, ağrılı sərtləşməsi)

13 – Depressiya

14 – Alkoqolizm və narkomaniya

15 – Seksual təcrübəsizlik və ya yanlış seksual metod

16 – Cütlər arası münasibətin pis olması

17 – Siqaretə ziyadə aludəlik

18- Parkinson xəstəliyi

19 – Sirroz

20 – Uretrit

21- onurğa beyni zədələnməsi

22 –bədxassəli şişlər



Endokrinoloji səbəbli cinsi zəiflik başqa formalara nisbətən az rast gəlir. Hormonlar arasında balans pozulması cinsi zəifliyə səbəb olur. Endokrinoloji (başqa sözlə hormonal) cinsi zəiflik əsasən özünü cinsi həvəsin – libidonun zəifləməsi şəklində göstərir. Qalxanabənzər vəzinin funksional zəifliyi də (hipotireoz) cinsi zəifliyə – libidonun düşməsinə səbəb ola bilər.

23 – dolayı, yəni II – dərəcəli səbəblər içərisində ən mühümü yaşlanmadır. Yaşlanma ilə bağlı yuxarıda sadalanan bir çox xəstəliklər daha tez-tez rast gəldiyini nəzərə aldıqda, yaş faktorunun cinsi zəiflikdə rolu daha aydın olur. Tədqiqatlar göstərir ki, cinsi zəiflik halları 50 yaşlı kişiləriə nisbətən 60 yaşlı kişilərdə 4 dəfə artıq rast gəlir!


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi