azia.az
azia.az

Azərbaycanda koronavirus

2-02-2021, 19:44


Azərbaycanda koronavirusa yoluxma hallarının 52,2 faizi Bakı şəhərinin payına düşür.
Azərbaycanda koronavirus
Virtualaz.org koronavirusinfo.az-a istinadən bildirir ki, ölkə üzrə ikinci ən çox yoluxma Aran zonasında qeydə alınıb. Belə ki, bu ərazidə yoluxma 13,3 faiz təşkil edir.

Abşeron rayonu 12,9 faizlə 3-cü yerdə, Gəncə-Qazax zonası 8,1 faiz yoluxma ilə 4-cü yerdədir.

Bundan əlavə, Quba-Xaçmazda 3,0, Şəki- Zaqatala rayonlarında 3,2, Lənkəranda 2,9, Yuxarı Qarabağ bölgəsində 1,4, Dağlıq Şirvan ərazisində isə 2,5 faiz yoluxma qeydə alınıb. Naxçıvanda son statistikaya görə, koronavirusa yoluxma halı 0,004 faiz olub.

Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59, 18 faizi 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi kişilərdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi