azia.az
azia.az

Gecə qıcolmaları: Normadır, yoxsa xəstəlik əlaməti?

1-09-2020, 11:07



Yuxuda olarkən qeyri-iradi əzələ daralması xəstəlik əlaməti ola bilər.
Gecə qıcolmaları: Normadır, yoxsa xəstəlik əlaməti?
“Sputnik”in məlumatına görə, bu barədə nevroloq və yuxu həkimi Yelena Tsareva danışıb.

Onun sözlərinə görə, əslində yuxuya getmə proesi zamanı baş verən qısa qıcolmalar normaldır. İnsan yavaş-yavaş rahatlandığı üçün qeyri-iradi əzələ daralmaları baş verir. Bu fenomen miyokloniya adlanır və demək olar ki, bütün insanlarda rast gəlinir :

“Yuxudan əvvəl biz diksinirik. Buna miyokloniya deyilir. Bu, bədənin, yaxud bir hissəsinin bir və ya ikiqat titrəməsidir. Güman olunur ki, bu, gün ərzində toplanmış gərginliyin sərbəst buraxılmasıdır. Müalicə etməyə ehtiyac yoxdur, patoloji deyil, hər hansı bir xəstəlikdən xəbər vermir. Belə qıcolma ömrün keyfiyyətinə və müddətinə təsir etmir”.

Miyokloniya tez-tez “narahat ayaqlar sindromu” ilə səhv salınır. Hərəkət etməyə, durub gəzməyə məcbur edən gərginlik bu sindrom üçün də xarakterikdir. Adətən gecə, sakitlik vaxtı yaranır, bəzən isə yuxusuzluqla nəticələnir. Düzgün olmayan qidalanma bu sindromun yaranma səbəbi ola bilər:

“Stress fonunda bir adam çox miqdarda kofein istehlak edərsə, bu yarana bilər. Çay, qəhvə, şokolad və enerji içkiləri gecə hərəkət aktivliyini təhrik edə bilər. “Narahat ayaqlar sindromu”ndan əziyyət çəkən insanlar kofeindən imtina etməklə problemlərini həll edə bilərlər”.

Həkimin sözlərinə görə, əgər pəhriz kömək etmirsə, əzələ daralması bir-iki dəfədən artıq baş verirsə, bu, xəstəlik əlamətidir.

“Az müddət ərzində dörd qıcolma nevroloji xəstəlik və ya “narahat ayaqlar sindromu” ilə yanaşı, başqa xəstəlik ola bilər”, - deyə mütəxəssis bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi