azia.az
azia.az

Gəncədə koronavirus epdemiyası: bir sutka ərzində 32 yoluxma qeydə alındı

5-05-2020, 01:51


Gəncədə koronavirus epdemiyası: bir sutka ərzində 32 yoluxma qeydə alındı

Gəncədə koronavirus epdemiyası: bir sutka ərzində 32 yoluxma qeydə alındı
Ötən sutka ərzində Azərbaycanda qeydə alınan 52 yeni koronavirusa yoluxma faktının 32-i Gəncənin payına düşür. Bu da Gəncədə epidemiolji vəziyyətin kəskinləşdiyini və əhalinin karantin rejiminin tələblərinə əməl etmədiyini göstərir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev virtualaz.org-a belə deyib.

Onun sözlərinə görə, Gəncədə koronavirusa bu cür yüksək yoluxma göstəricisi bir neçə gün əvvəldən başlayaraq qeydə alınır. Çünki Gəncə sakinləri karantin rejiminin tələblərinin yumşalmasından sonra karantin tələblərinə ümumiyyətlə məhəl qoymamasının nəticəsidir.

“Bu təkcə Gəncəyə deyil, ölkənin başqa iri şəhərlərinə də aiddir. Karantin rejiminin yumşaldılmasından sonra küçələrə daha çox sayda insanlar çıxmağa başlayıb, üstəlik onlar şəxsi müdafiə qaydalarına məhəl qoymurlar. Vətəndaşlar sosial məsafəyə əməl etməyi dayandırıblar və maska taxmırlar. Hökumət koronavirusun ölkədə yayılmasının qarşısını almaq üçün bütün mümkün tədbirləri gördü, indi vətəndaşlar da məsuliyyət nümayiş etdirməli və karantin rejiminə ciddi əməl etməlidir”,-Vasif Əliyev deyib.



“Gəncədə yoluxanların sayının sürətlə artmasını ciddi siqnal kimi qəbul etmək lazımdır. əgər karantin rejiminin tələblərinə əməl edilməsə digər şəhərlərdə də vəziyyət pisləşəcək. İnsanlar başa düşməlidir ki, koronavirusla mübarizə bir-iki günün işi deyil. Yaranmı situasiyaya daha ciddi yanaşmaq lazımdır”,-V.Əliyev bildirib.

Operativ qərargahın nümayəndəsi əlavə edib ki, koronavirusla bağlı situasiya hər gün təhlil edilir və əgər xəstələrin sayının artması tendensiyası müşahidə edilərsə karantin müddəti nəinki yenə uzadılacaq, üstəlik yenidən sərtləşdiriləcək.

V.Əliyev xəstələrin Gəncədə müalicəsi haqda danışarkən deyib ki, yalnız ağır xəstələr Bakıya gətirilir. Çünki regionlarda xəstələrə bütün lazımi yardım göstərə bilən xəstəxanalar və peşəkar həkimlər var. Habelə REACT-C19 layihəsi çərçivəsində Türkiyədə təlim keçən həkimlər də Azərbaycana gəliblər. Onlar regionlara göndəriliblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi