azia.az
azia.az

Dünya bunu gözləyirdi: Koronavirus məhv edilir

2-03-2020, 19:24

Dünya bunu gözləyirdi: Koronavirus məhv edilir
Çinin Uhan şəhərində yeni növ koronavirus COVID-19 xəstələrinin sayının azalması səbəbindən müvəqqəti ixtisaslaşmış xəstəxanalardan biri bağlanıb.
Axar.az xəbər verir ki, bu barədə Çin mətbuatı yazıb. Məlumata görə, martın 1-dən etibarən Szyaokou rayonundakı xəstəxanada olan pasiyenlərdən 34 nəfəri tam sağaldıqları üçün evə buraxıblar, qalan 74 nəfər isə başqa tibbi müəssisələrə köçürülüb.Məhz bundan sonra xəstəxana xəstə qəbulunu dayandırıb.
Qeyd olunub ki, son vaxtlar epidemiyanın ocağı olan Hubey vilayəti də daxil olmaqla, bütün Çində vəziyyət yaxşılaşmağa doğrudur.
Ümumilikdə 1 gündə xəstəxanalardan 1958 nəfər evə buraxılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi