azia.az
azia.az

İrandan gələn iki nəfər koronavirusa görə Bakıda xəstəxanaya yerləşdirildi

25-02-2020, 02:36

İrandan gələn iki nəfər koronavirusa görə Bakıda xəstəxanaya yerləşdirildi
“İrandan Azərbaycana gələn iki nəfər koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə gətirilib”.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov “Report”un sorğusuna cavab olaraq bildirib ki, həmin şəxslər 1995-ci il təvəllüdlü Azərbaycan vətəndaşı və 1998-ci il təvəllüdlü İran vətəndaşıdır. O qeyd edib ki, onların virusa yoluxan insanlarla heç bir təmasları olmayıb: “Həkim müşahidəsinə götürülüb, heç bir şikayətləri yoxdur, temperaturları da normaldır. Onlardan analizlər götürüləcək və nəticəyə uyğun qərar veriləcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi