azia.az
azia.az

Azərbaycanda süni mayalanma mərkəzi yüksək məbləğdə cərimələndi –Səbəb

11-02-2020, 21:37

Azərbaycanda süni mayalanma mərkəzi yüksək məbləğdə cərimələndi –Səbəb
Azərbaycanda süni mayalanma fəaliyyəti ilə məşğul olan “Bahçeci Bakı Tibb Mərkəzi” ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə inzibati qaydada 8 min manat cərimə edilib.

Yenixeber.org: Səbail Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin 275.2-ci (ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə) maddəsi ilə təqsirli bilib.

“Bahçeçi Bakı Tibb Mərkəzi” Qadın Sağlamlıq Mərkəzinin məhkəmənin bu qərarından apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Bahçeçi Bakı Tibb Mərkəzi” 7 ölkədə 13 mərkəzlə Tükiyə, Yaxın Şərq və Balkan ölkələrinin ən böyük süni mayalanma zənciri olan “Bahçeci Sağlık Grubu”na aiddir.

Tibb Mərkəzi türkiyəli professor-doktor Mustafa Bahçecinin rəhbərliyi ilə Azərbaycanda Mərkəzi Gömrük Hospitalı ilə ortaq fəaliyyət göstərir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi