azia.az
azia.az

Qorxunc virus ilk dəfə bu haqda xəbərdarlıq edən həkimi də öldürdü- ÜRƏYİNİ YENİDƏN İŞƏ SALDILAR, AZ SONRA TAM DAYANDI...,

7-02-2020, 12:19


Qorxunc virus ilk dəfə bu haqda xəbərdarlıq edən həkimi də öldürdü- ÜRƏYİNİ YENİDƏN İŞƏ SALDILAR, AZ SONRA TAM DAYANDI...,+YENİLƏNİB
Qorxunc virus ilk dəfə bu haqda xəbərdarlıq edən həkimi də öldürdü- ÜRƏYİNİ YENİDƏN İŞƏ SALDILAR, AZ SONRA TAM DAYANDI...,
Çində koronavirus epidemiyası barədə ilk dəfə xəbərdarlıq edən və çox keçmədən özü də bu virusa yoluxan həkim Li Venlianın həyatını xilas etmək mümkün olmayıb. Ötən gün həkimlər onun ürəyini reanimasiya etməyə nail olsalar da bir neçə saat sonra Venlianın ürəyi yenidən və həmişəlik dayanıb. Onun virusa yoluxduğu fevralın 1-də təsdiqlənmişdi.

Son məlumata görə həkim Li Venlian ölməyib, amma kritik vəziyyətdədir. Həkimlər onun ürəyini yenidən işə sala biliblər.

Çinin Vuhan şəhərindən olan və ilk dəfə koronavirus epidemiyasının baş qaldıracağı haqda xəbərdarlıq edən 34 yaşlı həkim-infeksionist Li Venlian bu virusa yoluxaraq həyatını itirib. Virtualaz.org xəbər verir ki, bu haqda Çin Kommunist Partiyasının ingilisdilli yayım orqanı olan “The Global Times” yazır. Ümumdünya Səhiyyə Təşkilatı da onun ölümü haqda xəbəri öz Tvitter-səhifəsindən elan edib.

Xəbər verilir ki, Çində koronavirus epidemiyasının baş qaldırmasından az əvvəl-2019-cu il dekabrın sonlarında həkim Li Venlian universitetdəki həmkarlarına Vuhanda koronavirusa yoluxan ilk xəstələrin xəstəxanaya yerləşdirildiyi haqda xəbər verib. O, qərara alıb ki, həmin infeksiya 2003-cü ildə Çində baş qaldırmış SARS virusunun nəticəsidir.

Xəbər sosial şəbəkələrdə yayılandan sonra həkimin yanına yerli polislər gəlib. Hüquq mühafizə orqanlarının əməkdaşları ondan tələb ediblər ki, bu informasiyanı yaymağı dayandırsın və ictimai qayda-qanunu pozduğu haqda etirafedici izahat yazsın. Həkim bu tələbə əməl edib, onun izahatının mətni sosial şəbəkələrdə yayılıb.

Bir neçə gün sonra həkim işə qayıdıb. Yanvarın 10-da ona müraciət edən pasiyentlərdən birini müalicə edərkən onda yeni tip koronavirus aşkarlayıb. İki gün sonra Li Venlian həmin virusa yoluxma nəticəsində özü xəstəxanaya yerləşdirilib. Fevralın 1-də isə onun koronavirusa yoluxduğu təsdiqlənib. Bir neçə gün sonra həkim həyatını itirib...

Çində koronovirus epidemiyasının episentri olan Vuhan şəhərində dramatik vəziyyət hökm sürür.

Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, xəyalət şəhərə çevrilmiş Vuhanda virusa yoluxanların sayının həndəsi silsilə ilə artması nəticəsində xəstəxanalarda və karantin mərkəzləri dolub daşır. Polis və ordu dəstələri küçələrdə virus daşıyıcısı olmaqdan şübhələndikləri insanları həbs edir, onları zorla karantin mərkəzlərinə və xəstəxanalara aparır. Sosial şəbəkələrdə yayılmış kadrlara əsasən virusa yoluxduğu təxmin edilən şəxs xəstəxanadan qaçmağa çalışır, onun ardınca çoxsaylı polis və əsgərlər qaçır və tutub qollarını bağlayırlar. Digər kadrlarda supermarketlərdən birində maskasız gəzən qadın polislər tərəfindən həbs edilir və qolları qandallanır.
Şəhərdə hər gün 100-dən çox adamın virusdan öldüyü bildirilir, morqlar meyitlərlə dolub daşır. Morq işçiləri həftələrdir istirahətsiz işlədiklərini deyirlər, onlar ölənlərin meyitlərini daşıyarkən yoluxma riski ilə qarşılaşırlar.

Rəsmi məlumata görə Çində virusa yoluxanların sayı 30 mini keçib, ölənlərin sayı 600-a çatıb. Lakin əslində real rəqəmlərin bundan dəfələrlə çox olduğu bildirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi