azia.az
azia.az

Yanvar ayı ərzində 18 nəfər qidadan zəhərlənib

4-02-2020, 14:01

Yanvar ayı ərzində 18 nəfər qidadan zəhərlənib
2020-ci ilin yanvar ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1985 müraciət daxil olub.
Agentlikdən Trend-ə veriən mılumata görə, daxil olan müraciətlərdən 401-i sertifikatlaşdırma və qeydiyyat, 429-u idxal-ixrac əməliyyatları, 187-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.Qida zəhərlənmələri ilə bağlı Agentliyə 42 müraciət daxil olsa da, onlardan yalnız 18-i öz təsdiqini tapmışdır. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilmişdir. Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 69-u işə qəbulla bağlı, 857-i isə digər xarakterli müraciətlər olmuşdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi