azia.az
azia.az

Dünya şöhrətli kardiocərrah Kijəbə qəsəbəsinin seçiciləri ilə görüşüb…

1-02-2020, 12:32

Dünya şöhrətli kardiocərrah Kijəbə qəsəbəsinin seçiciləri ilə görüşüb…

Yeni Azərbaycan Partiyasının 77 saylı Astara seçki dairəsindən deputatlığa namizədi Rəşad Mahmudov seçicilərlə növbəti görüşünü rayonun Kijəbə qəsəbəsində keçirib.
Azia.az xəbər verir ki, məşhur cərrahın Kijəbə qəsəbəsindəki görüşündə əsl izdiham yaşanıb.
Tədbirdə çıxış edən qəsəbə sakinləri, arzu və istəklərini dilə gətirməklə yanaşı, ümummilli lider Heydər Əliyevin dönəmindən bu günə qədər qəsəbədə görülən işlərə, vətəndaşlara göstərilənm qayğıya da diqqət çəkiblər. Qəsəbə sakinləri vurğulayıb ki, prezident İlham Əliyevin bütün ölkədə apardığı abadlıq və quruculuq işi özünü doğma qəsəbələrində də hiss etdirir və bu proses insanların yaşam şəraitini, gündəlik həyatlarını daha da asanlaşdırır.
Sosial şəbəkədəki hesabında bugünkü görüşdən bəhs edən R.Mahmudov, vətəndaşlara öz təşəkkür və minnətdarlığını bildirib:
“Kijəbə qəsəbəsində seçicilərimlə izdihamlı görüşümüz oldu. Qəsəbə sakinləri Ulu Öndər Heydər Əliyevin qəsəbəyə 6 dəfə səfər edərək xüsusi diqqət göstərməsindən və cənab Prezidentimiz İlham Əliyevin də yüksək qayğısından qürurla söz açdılar. Bu seçkidə də ölkə başçısının yanında olmaqla, lideri olduğu YAP namizədini dəstəkləyəcəklərini birmənalı olaraq vurğuladılar. Repartyor.info

TƏŞƏKKÜRLƏR KİJƏBƏ!!!”
Dünya şöhrətli kardiocərrah Kijəbə qəsəbəsinin seçiciləri ilə görüşüb…
Dünya şöhrətli kardiocərrah Kijəbə qəsəbəsinin seçiciləri ilə görüşüb…


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi