azia.az
azia.az

Ötən il nigaha daxil olmaq istəyən gənclərdə 297 sifilis xəstəliyi aşkar edilib

7-01-2020, 11:33


Ötən il nigaha daxil olmaq istəyən gənclərdə 297 sifilis xəstəliyi aşkar edilib.

Azərbaycanda ötən il ərzində nikaha daxil olmaq istəyən 126 mindən çox insanın qan nümunəsi müayinə olunub.
Ötən il nigaha daxil olmaq istəyən gənclərdə  297 sifilis xəstəliyi aşkar edilib
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, onların arasında 3393 talassemiya daşıyıcısı, 135 qazanılmış immun çatışmazlığı sindromu, 297 sifilis xəstəliyi aşkar edilib. Müayinə olunanların arasında talassemiyalı 55 cütlük aşkar edilib.

Bu cütlüklərdən hamilə qalmış qadınların hər birindən götürülmüş döl materialının müayinəsi aparılıb ki, nəticədə 19 sağlam, 31 daşıyıcı, 15 xəstə döl aşkarlanıb.

Ümumilikdə, xəstəlik müəyyən edilən 15 halda hamiləliyin pozulması qadınlara məsləhət görülüb və həyata keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi