azia.az
azia.az

Sürücülər üçün məşəqqətli, uşaqlar üçün əyləncəli: Bakının qarlı-çovğunlu günü belə yadda qaldı...

25-02-2021, 15:27

Sürücülər üçün məşəqqətli, uşaqlar üçün əyləncəli: Bakının qarlı-çovğunlu günü belə yadda qaldı...
Bakıda son illərin ən sərt qışı keçir. Belə ki, dünən axşamdan yağan qar çovgunla müşahidə olunub. Qısa zamanda qarın hündürlüyü 20-25 santimetrə çatıb, bəzi rayonlarda isə qarın hündürlüyü yarım metri keçib.

Gecədən yağan qar magistral yolları keçilməz edib, paytaxt yollarında avtomobil qəzaları da yaşanıb, hərəkət minimal həddə düşüb. Qarın güclü yağdığı Biləcəri dairəsində də eyni durum yaşanıb. Adama elə gəlir ki, bəlkə də Bakıda ən çox qar buraya düşüb. Bir qədər ətrafa göz gəzdirəndən sonra çovğundan üzünü gizlədən, evə tələsən, qarlı yolları çətinliklə keçən piyadaları görmək olur.
Sürücülər üçün məşəqqətli, uşaqlar üçün əyləncəli: Bakının qarlı-çovğunlu günü belə yadda qaldı...
Yağan qar bu ətrafda işləyən satıcıları da müşkülə salıb. Müxtəlif iaşə obyektlərinin sahibləri əllərində bellə qar təmizləməli olublar. Həmin satıcılarla həmsöhbət olduq. Deyirlər ki, son illərdə belə qarın yağması onları sevindirir. Lakin yollarda yaranan tıxac işlərini çətinə salıb.

Qarın sevincini yaşayan isə daha çox uşaqlardır. Bir neçə uşağın qartopu oynayıb, xizək sürdüyünü gördük. Söhbət etdiyimin paytaxt sakinləri dedilər ki, ara yollar tam buz bağlamadığına görə xizəklə uzun məsafəyə sürüşə bilmirlər. Hətta içərilərində qarın bir neçə gün belə davam etməsini arzulayanlar da var idi.

Ətraflı təqdim etdiyimiz reportajda:

Sürücülər üçün məşəqqətli, uşaqlar üçün əyləncəli: Bakının qarlı-çovğunlu günü belə yadda qaldı...
Sürücülər üçün məşəqqətli, uşaqlar üçün əyləncəli: Bakının qarlı-çovğunlu günü belə yadda qaldı...
Sürücülər üçün məşəqqətli, uşaqlar üçün əyləncəli: Bakının qarlı-çovğunlu günü belə yadda qaldı...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi