azia.az
azia.az

Şabranda kütləvi zəhərlənmə – YENİLƏNİB

3-08-2019, 09:25

Şabranda kütləvi zəhərlənmə – YENİLƏNİB
“Arif Hacılı ilə görüşümüz gözlənildiyi kimi deyil...”
İqtisadçı-alim, Azərbaycan Demokratiya və Rifah Hərəkatının(ADR) rəhbəri Qubad İbadoğlu müəllim kimi fəaliyyət göstərdiyi ABŞ-dan döndükdən sonra müxtəlif siyasi və ictimai şəxslərlə görüşlər keçirib. Dünən onun sonuncu görüşü vaxtilə üzvü olduğu, ciddi qalmaqallı şəraitdə ayrıldığı Müsavat Partiyasının başqanı Arif Hacılı ilə baş tutub. Bu görüş barədə sosial hesabında paylaşım edən Q.İbadoğlu söhbətin gözlənildiyi kimi keçmədiyini bildirib: “Müsavat Partiyasının başqanı Arif Hacılı ilə söhbətimiz gözlənildiyi kimi deyil, yüngül keçdi. Bununla siyasi partiyalarla görüşlərin ilk raundu başa çatdı və bəlli oldu ki, Azərbaycan dövləti və milli maraqlar naminə nəinki görüşmək, hətta birləşmək də mümkündür”.

Son illərdə siyasi fəaliyyəti ilə gündəmdə olan Q.İbadoğludan keçirdiyi görüşlərin məqsədi, əldə olunan nəticələr və sair barədə suallarımıza cavab aldıq. Qısa müsahibəni diqqətinizə təqdim edirik:

- Qubad bəy, ABŞ-dan qayıdandan az sonra öz təşəbbüsünüzlə müxtəlif siyasi və ictimai şəxslərlə görüşlərə başladınız. Bu görüşlərdə məqsəd nə idi: Hansısa bir prosesə hazırlıq, yoxsa gələcək birgə fəaliyyətin konturlarını müəyyənləşdirmək?

- Görüşlərin ilk raundu başa çatıb, sonuncu görüş Müsavat Partiyasının başqanı Arif Hacılı ilə oldu. Ümumiyyətlə, görüşlər REAL Partiyasının rəhbəri və icraçı direktoru, keçmiş səhiyyə naziri və siyasi məhbus Əli İnsanovla, Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli ilə oldu. Seçim mən tərəfindən aparılıb və ADR İdarə Heyətinin iclasında müzakirə olunaraq razılaşdırılıb. Dördü siyasi təşkilat rəhbəri, biri isə nüfuzlu siyasətçi olan bu şəxslərin hazırda siyasi səhnədə proseslərə təsir etmək imkanları var. Görüşlərin təşəbbüskarı mənəm, amma ADR İdarə Heyəti ilə razılaşdırmaqla. Görüşdən imtina edən siyasətçi olmadı, kimə müraciət olundusa, müsbət cavab alındı.

Məqsədə gəlincə, bir neçə məqsəd vardı. Bütün görüşlər açıq keçirilib, ictimaiyyət məlumatlandırılıb. Hesab edirəm ki, bu siyasi partiyalarla görüş keçirmək, onlarla mövcud vəziyyəti müzakirə edib müəyyən fəaliyyət formalarını əlaqələndirməyə ehtiyac var idi. Əsas məqsəd ölkədəki və regiondakı mövcud vəziyyəti dəyərləndirmək, informasiya mübadiləsi aparmaq, eyni zamanda gözlənilən ssenarilərlə əlaqədar fikirləri, müəyyən risklər və təhlükələrlə bağlı məlumatları bölüşmək və Azərbaycanın dövlət və milli maraqlarına zidd olan proseslərə qarşı birgə fəaliyyət imkanlarını nəzərdən keçirmək idi. Gəldiyim əsas qənaət budur ki, görüşdə iştirak edənlərin hamısı Azərbaycanda proseslərin, hər hansı dəyişikliklərin dinc və qanuni çərçivədə həyata keçirilməsinin tərəfdarıdır. Biz Azərbaycanda istənilən dəyişikliyin qanunun aliliyi, demokratik vasitələrlə həyata keçirilməsi, bunun dinc yollarla təmin edilməsinin Azərbaycan xalqının mənafeyinə, Azərbaycan dövlətinin maraqlarına uyğun olduğu barədə vahid mövqedəyik. Yəni görüşlərin məqsədi müxalifətin birləşdirilməsi olmayıb. Ümumiyyətlə, mən bütün müxalifət təşkilatlarının bir çətir altında birləşməsini heç zaman istəməmişəm. Hesab edirəm ki, siyasi müxtəliflik olmalıdır.

- Görüşdüyünüz şəxslər ictimai-siyasi aktiv insanlar, təşkilat rəhbərləridir. Onlarla apardığınız müzakirələrdən hansı təəssürat əldə etdiniz müxalifətlə bağlı: məqsədinizə nail oldunuzmu?

- Fikirlər, siyasi məsələlərə yanaşmalar müxtəlifdir. Düşünürəm ki, bu belə də olmalıdır. Lakin əsas və sevindirici məqam budur ki, hamı proseslərin qanunlar çərçivəsində getməsini istəyir, bu sahədə öz məsuliyyətini dərk edir və bu sahədə fəaliyyətlərini əlaqələndirməyə hazırdır. Yəni strateji yanaşma eynidir: Azərbaycanda dəyişikliklər zəruridir, bu dəyişikliklər qanuni olmalı, dinc yolla baş verməlidir. Hamı bu istiqamətdə səy göstərir.

- Müsavat Partiyasının başqanı ilə görüşünüz ictimaiyyətdə maraqlı qarşılanır. Necə dəyərləndirirsiniz görüşü?

- Əvvəla, mən bununla bir daha demək istədim ki, hər bir siyasi təşkilatın rəhbəri, siyasi şəxslə görüşmək, müzakirə aparmaq mümkündür. Bu da bir nümunədir və hesab edirəm ki, müsbət qarşılanmalıdır. Baxmayaraq ki, həqiqətən Müsavat Partiyasının son qurultayı bizim aramızda bölgü, uçurum yaratmışdı, bir divar ucaltmışdı. Bu görüşlə biz o uçurumu, divarı keçə bildik, bir stol arxasında oturub danışdıq. Söhbətimiz kifayət qədər maraqlı oldu, həm də bizə bir çox məsələlərə aydınlıq gətirmək imkanı verdi. Düşünürəm ki, bu, digər siyasətçilərə də bir mesajdır ki, aralarındakı fikir ayrılıqlarına, gərginliklərə baxmayaraq, bir yerdə Azərbaycanın dövlət və milli maraqları naminə nəinki görüşmək, hətta yeri gəlsə, birləşmək də mümkündür.

- Yeri gəlmişkən, Müsavat Partiyası növbəti qurultaya hazırlaşır. Bu hazırlıq ərəfəsində belə iddialar da səslənir ki, İsa Qəmbər yenidən partiya başqanı olacaq, sonuncu qurultayda narazı qalıb təşkilatdan uzaqlaşanlar, əsasən siz və rəhbərlik etdiyiniz ADR-dəki sabiq müsavatçılar geri qayıdacaq. Bu ehtimalı necə qiymətləndirirsiniz, mümkündürmü?

- Bəri başdan deyim ki, Arif Hacılı ilə bugünkü görüşdə Müsavat Partiyasındakı durum, bizim bu partiyadakı keçmiş münasibətlərimiz müzakirə mövzusu olmayıb. Qeyd etdiyiniz məsələ - Müsavat Partiyasının gözlənilən qurultayı, hansısa dəyişikliklər, kimlərinsə geri qayıtması kimi məsələlər bizim İdarə Heyətində müzakirə olunmayıb. Belə versiyaları deyil, konkret situasiyaları müzakirə edib, qərar verə bilərik. ADR olaraq digər siyasi partiyanın daxilində gedən proseslərə müdaxilə etmək niyyətimiz yoxdur. Biz də digər təşkilatlar kimi, prosesi kənardan izləyirik.

Şəxsən mənə gəlincə, bundan sonra da fəaliyyətimi ADR Hərəkatının güclənməsi, strukturlaşması istiqamətində davam etdirmək niyyətindəyəm. Mənim üçün o səhifə artıq qapanıb, geriyə hər hansı qayıdış mümkün deyil. Heç bu barədə hər hansı müzakirədə də iştirak etmək niyyətində deyiləm. ADR öz siyasi kursu olan müstəqil təşkilatdır. Nəinki bu illik, növbəti illər üçün də strateji fəaliyyət planımız var, ona uyğun fəaliyyətimizi davam etdirəcəyik. Bu planda başqa partiyalarla siyasi əməkdaşlıq imkanları nəzərdə tutulur, amma heç kimin daxili işinə müdaxilə etmədən...

- Son vaxtlar Azərbaycanda parlament seçkilərinin də irəli çəkiləcəyinə dair ehtimallar səsləndirilir. Keçirdiyiniz görüşlərdə parlament seçkilərinə hazırlıq, bu prosesdə birgə iştirak imkanları müzakirə olunubmu? Siz də bildiyimiz qədəriylə, yenidən ABŞ-a dönməyə hazırlaşırsınız. Bu halda seçkilər önə çəkilərsə, iştirak etməyi planlayırsınızmı? Belə planınız varsa, bunu necə reallaşdıracaqsınız?

- Əslində bu məsələnin müzakirəsi üçün görüş keçirdiyim təşkilatlar hələ hazır deyillər. Amma müəyyən fikir mübadiləsi, əlbəttə, aparılıb. Amma bu məsələdə seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçkinin necə keçirilməsi, prosesə beynəlxalq və yerli səviyyədə hansı nəzarətin təmin olunması kimi vacib faktorlar var. Bu baxımdan, hələ ki, gözləyirik, vaxtı gələndə bunları müzakirə edəcəyik. Mənim seçkilərdə iştirakıma gəlincə, mən çevik bir situasiyadayam. Harada olsam da, Azərbaycandakı prosesləri yaxından izləyirəm. Bu baxımdan, parlament seçkilərində iştirakımızla bağlı ADR İdarə Heyətinin qəbul edəcəyi qərara uyğun fəaliyyət göstərməyə hər zaman qadirəm.

- Qubad bəy, son prezident seçkiləri zamanı əsas müxalifət qüvvələri seçkilərin önə çəkildiyini, prosesə hazırlıqlı olmadıqlarını bildirməklə seçkiyə qatılmadılar. Sizcə, bu dəfə necə, parlament seçkiləri də qabağa keçirilsə müxalifət hazırlıqsız olması səbəbilə kənarda qalacaq, yoxsa prosesdə aktiv iştirak üçün hansısa hazırlıq işləri aparılır?

- Yüksək səviyyədə olmasa da, belə hazırlıq işləri gedir. Xüsusilə REAL Partiyasında mən hiss etdim ki, aktiv hazırlıq işləri aparılır. Düşünürəm ki, bu hazırlıq işləri getdikcə sürətlənəcək. Seçkilərin vaxtı dəqiqləşdikdən sonra yəqin ki, proses daha da sürətlənəcək...

Dünya SAKİT


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi