azia.az
azia.az

"Afət özünə pullu kişi tapdı" - Baxdım ki, nə qədər yüz manata oxumaq olar - FOTO

22-02-2019, 11:57

"Afət özünə pullu kişi tapdı" - Baxdım ki, nə qədər yüz manata oxumaq olar - FOTO

Azia.az xəbər verir ki,Son günlər dahi şair Nəsiminin "Sığmazam" qəzəlinin sözlərinə oxuduğu "Pəncu şeş" adlı qalmaqallı mahnısı ilə gündəmə gələn müğənni Afət Fərmanqızı "Hər şey daxil"də Tolikin qonağı olub.

Həmin verilişdə qonaq olan əməkdar artist Çingiz Əhmədov xanım ifaçı barədə müsbət fikirlər söyləyib.

Lakin aktyor Afətin qəfil yoxa çıxmasının səbəbini anlamadığını qeyd edib:

"Dövlət televiziyasında o vaxtı Gənclik redaksiyasında bu qızımız elə gözəl mahnılar oxuyurdu ki. Sonra, müəyyən vaxt bilmirəm, Afət xanım niyə itdi, nə oldu, səbəb nədir?"

Çingiz Əhmədovun son cümləsinə prodüser Tolik "Deyim də niyə?! Afət qəşəng pullu kişi tapdı özünə. Kişi ona dedi ki, sənə nə lazımdır? Pul? Al "paçka"nı xərclə" fikirlərini səsləndirib.

Afət Tolikin iddiasını təkzib edib:

"Yox! Düzü, deyək də, xalq baxır bizə. Mənə o sözlər yaraşmır. "Kişi tapdı" ayıb sözdür! Baxdım ki, nə qədər yüz manata oxumaq olar, onunla nə edəcəm?! Getdim başqa sahədə özümü yoxladım. Orada da uğur qazandım. Biznes sahəsi idi. Sonra baxdım ki, hara gedirəm deyirlər "Niyə oxumursunuz?" Özləri dedilər oxu, mən də oxudum. Pis etmədim ki?!"

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi