azia.az
azia.az

“Bu şəhərdə”yə qadağa: Meriya izn vermədi!

11-02-2019, 10:18

 “Bu şəhərdə”yə qadağa: Meriya izn vermədi!

Azia.az xəbər verir ki, bu barədə “Bu şəhərdə” komandasının bədii rəhbəri Müşfiq Abbasov məlumat yayıb. O bildirib ki, konsert üçün Sumqayıt İH-yə müraciət ediblər.

“Bu şəhərdə” komandasına Sumqayıt şəhərində konsert təşkil etməyə icazə verilməyib.

“Mart ayında konsertlərimizin keçirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə (Zakir Fərəcova və onun müavini Teymur Səmədova) iki məktub ünvanlamışıq, nəticədə bizə məlum olmayan səbəbdən Sumqayıtda "Bu şəhərdə"nin konsertlərinin keçirilməsinə icazə verilmədi. "Bu şəhərdə" Sizin şəhərdə olmayacaq”, - deyə M.Abbasov sumqayıtlılara müraciətində qeyd edib.

Qeyd edək ki, “Bu şəhərdə”nin Bakı ilə yanaşı, Naxçıvan və Sumqayıtda da konsert verməsi ənənə halını almışdı. Hətta yeni konsert proqramı bir neçə dəfə Sumqayıtdan start götürmüşdü.

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi