azia.az
azia.az

Zaur Xoşqədəmi BELƏ "VURDU": Əxlaqsızlığı piar edirlər, ayıb olsun!

31-01-2019, 16:16

Zaur Xoşqədəmi BELƏ "VURDU": Əxlaqsızlığı piar edirlər, ayıb olsun!
Azia.az xəbər verir ki, Zaur Baxşəliyev aralarında heç cür buzlar əriməyən Xoşqədəm Hidayətqızını "Bizimləsən"in efirindən tənqid atəşinə tutub.

Zaur canlı yayımda qadın həmkarını "əxlaqsızlığı" təbliğ etməkdə ittiham edib.

O, adını açıqlamasa da ona əks cəbhədə dayanan Xoşqədəmi reytinqə görə əxlaqsız məlumatları efirdə verməkdə tənqid edib:

"Yaxşılığı, insanlığı təbliğ etmək lazımdır. Bəzən olur ki, "Şok, şok, şok!" bir əxlaqsızlığı ortaya çıxardıb, onun müzakirəsi ilə məşğul olurlar. Ayıbdır! Azərbaycan xalqı o deyil. Nəyi piar edirsiniz 2-3 faiz reytinqdən ötrü?! Hansısa bir əxlaqsızlığı?Ayıbdır, ayıb olsun!"
Qeyd edək ki, "Səni axtarıram"da iki gün öncə 19 yaşlı gəncin eşq yaşadığı 37 yaşlı qadına görə canlı yayımda valideynlərindən imtina etməsi sosial şəbəkələrin ən çox danışılan hadisəsinə çevrildi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi